Mübariz Qurbanlı komitə sədri təyin edildi

Azərbaycan Prezidenti İlham Əliyev YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlıya vəzifə verib. Belə ki, Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sədr təyin edilib.Prezidentin rəsmi saytına istinadla bildirir ki, dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq Sərəncam imzalayıb. Sərəncama əsasən, Mübariz Qəhrəman oğlu Qurbanlı Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar