Azərbaycanda 1 yaşadək uşaqların əsas ölüm səbəbləri açıqlanıb

Azərbaycanda 1 yaşadək olan uşaqların əsas ölüm səbəbləri açıqlanıb.

Trend-in məlumatına görə, 2017-cı ildə Azərbaycanda 1 yaşadək 1700 uşaq dünyasını dəyişib ki, onların 993-ü oğlan, 707-si qızdır.

2016-cı ildə ölkədə 999-u oğlan, 667-si qız olmaqla 1666 uşaq, 2015-ci ildə isə 1220-si oğlan, 813-ü qız olmaqla ümumilkdə 2033 nəfər 1 yaşadək uşaq dünyasını dəyişib.

1 yaşadək uşaqların ölümünün ilk səbəbi perinatal dövrdə meydana çıxan bəzi hallardır. Ötən il bu hallardan 1028 nəfər (2016-cı ildə 1090) körpə dünyasını dəyişib.

Körpə ölümlərinin səbəbləri arasında sonrakı yerləri tənəffüs sistemi xəstəlikləri tutur ki, bu səbəbdən ötən il 235 (2016-cı ildə 173 körpə) ölüb.

Ötən il anadangəlmə anomaliyalar (inkişaf qüsurları), deformasiyalar və xromosom pozuntularından 155 (2016-cı ildə 151 körpə), travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələrindən 12 (2016-cı ildə 7) körpə ölüb.

635x100

Şərhlər

Van Gogh 2018-05-30 20:08:30

Peyvəndlərdən niyə danışmırsız? Uşaqlara yad mənşəli, tərkibində ağır metallar olan peyvəndlərin vurulması onların təbii immunitetinə ölümcül zərbədir. Uşağın orqanizmi həmin zəhərli metalları bədəndən xaric edə bilmirsə, bu, ilk növbədə ölümə, şikəstliyə, əqli pozğunluğa, autizmə və saysız-hesabsız xəstəliklərə gətirib çıxarır.

Son yazılar