LUKAŞENKONUN KÖMƏKÇİSİ SAXLANILDI! - Rüşvət aldığı yerdə...

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Belarus Prezidenti Aleksandr Lukaşenkonun köməkçisi - Qrodnı vilayətinin müfəttişi Sergey Rovneyko saxlanılıb. Xəbəri Dövlət Təhlükəsizliyi Komitəsi (DTK) yayıb.

Xəbərdə qeyd olunur ki, məmur 200 min dollar rüşvət aldığı yerdə tutulub. Operativ-axtarış tədbiri dövlət başçısının tapşırığı əsasında həyata keçirilib.

«Rovneyko istintaq təcridxanasına gətirilib və «etiraf ifadəsi» verir» - deyə, DTK əlavə edib.

Qeyd olunur ki, Rovneyko təhlükəsizlik xidmətinin görüş dairəsinə təxminən, bir il əvvəl düşüb. O zaman DTK-ya onun «dəfələrlə müxtəlif şəxslərdən rüşvət aldığı və kompetensiyasına daxil olan məsələlər üzrə onların «işini yoluna qoyduğu» barədə informasiya daxil olubmuş».

Məmuru 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Prezident Aleksandr Lukaşenkonun bütün vilayətlər üzrə (Minsk, Mogilyov, Qomel, Vitebsk, Brest, Qrodnı vilayətləri və Minsk şəhəri) səlahiyyətli nümayəndələri var. Onları köməkçi-müfəttişlər adlandırırlar. Müfəttişlər konkret bölgələrin inkişafına cavabdeh olurlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar