Ukraynanın Azərbaycandakı səfirliyi təyyarə ilə bağlı bəyanat yaydı

Ukraynanın Azərbaycandakı səfirliyi bəyanat yayıb.

SalamNews-un verdiyi xəbərə görə, bəyanatda deyilir:

"Bu günə Rusiya tərəfinin Ukraynanın şərqində separatçılar tərəfindən həyata keçirilən bütün hüquqa zidd fəaliyyətinə aidiyyatı olması barədə söyləməyə bütün əsaslar var. Rusiya tərəfindən Ukraynada silahlılarının fəaliyyətinə göstərdiyi dəstəyin bütün növləri üzdə görülür. Bu özündə bilavasitə Rusiya vətəndaşlarının iştirakını, o cümlədən Rusiya Federasiyası Hərbi Qüvvələrinin hərbi qulluğunda olan və Rusiyanın digər xüsusi bölmələrini əhatə etdiyi kimi suveren Ukrayna ərazisində bu qanunsuz silahlı birləşmələrin fəaliyyətini mümkün edən digər maddi-texniki təchizatın və silahların çatdırılmasını əhatə edir.

Bundan başqa, Moskva məqsədi bütün dünya ictimaiyyətində Ukraynanın şərqində həqiqətdə nə baş verməsi barədə yanlış təsəvvür yaratmaq üçün öz yalanına görə görülməmiş təbliğat kampaniyası aparır.Ukrayna təhlükəsizlik xidməti tərəfindən 17.07.2014 tarixinə olan məlumata əsasən Ukraynadakı silahlıların ixtiyarında raketi vasitəsilə Malayziya hava yollarına məxsus "Boinq-777" sərnişin təyyarəsi vurulan "Buk"-M zenit-raket kompleksi olması barədə sübutlar dərc edilib.

İnternet şəbəkəsində terrorçuların danışıqları yerləşdirilib, bu səs yazılarında Rusiyadan göstərilən ZRK "Buk"-M-in əldə edilməsi, o cümlədən separatçıların Rusiya ZRK "Qrad" vasitəsilə Rusiya ərazisindən Ukrayna ərazisinə zərbələr endirilməsi üzrə separatçıların Moskva nümayəndələri ilə əlaqəsini təsdiq edir.

Bundan başqa, bu zərbələrin endirilməsinin video-sübutu dərc edilib. Bilavasitə silahlıların 2014-cü il iyulun 17-də sərnişin təyyarəsinin məhvi üzrə əməliyyatda iştirakı Malayziya hava yollarına məxsus sərnişin təyyarəsinin vurulduğu raket zərbəsinin nəticələrinin müzakirə edildiyi danışıqların qeydə alındığı yazıdan aydın başa düşülür. Göstərilənə baxmayaraq, Kreml bu faciəyədə əlinin olmaması ilə bağlı bütün dünya ictimaiyyətində yanlış təsəvvür yaratmaq üçün cəhdlər göstərməyə davam edir. Bu obrazla Ukraynanın şərqində Rusiyanın birbaşa dəstəyi ilə terrorçular tərəfindən həyata keçirilən cinayətin izlərini gizlətmək istəyir."

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar