Vəkillər Mirqədirova bəraət istəyir

Nəsimi Rayon Məhkəməsinin dövlətə xəyanətdə ittiham olunan jurnalist Rauf Mirqədirovun həbs müddətini 4 ay uzatmasından apellyasiya şikayəti verilib. Həbs müddəti iyulun 15-də uzadılıb. Bu barədə təqdimatla Baş Prokurorluq çıxış edib.

“Media forum” saytına danışan vəkil Elmar Süleymanov deyib ki, şikayətdə Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərarın ləğv olunması, Rauf Mirqədirovun bəraətlə azadlığa buraxılmasını istəyiblər.

Vəkil əlavə edib ki, Rauf Mirqədirovun səhhəti və saxlanma şəraiti normaldır: “Ailəsi ilə görüşməkdə, telefonla danışmaqda və istədiyi qəzeti əldə etməkdə qadağalar hələ də qalır. Amma ailəsinin göndərdiyi sovqatı vaxtlı-vaxtında alır”.

Rauf Mirqədirov 2010-cu ildən “Zerkalo” qəzetinin Türkiyədə xüsusi müxbiri olub. Bu il aprelin 19-da o, Ankaradan deportasiya edilib. Həmin gün təyyarə ilə Bakıya göndərilən jurnalisti MTN əməkdaşları həbs edib. Jurnalist 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarına işləməkdə, dövlətə xəyanətdə günahlandırılır. O, MTN-in istintaq təcridxanasında saxlanır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar