Danimarkada niqab qadağan edilir - Cərimə 1340 avro
Baxiş sayı:
Dərc olunub:
31/05/2018 - 17:51
Danimarkada qadınların kütləvi yerlərdə üzlərini bağlamaları qadağan olunacaq. Trend-in məlumatına görə, bu barədə ölkə parlamentinin bu gün keçirilən iclasında qərar qəbul edilib.
Qərar səs çoxluğu ilə qəbul edilib və yeni qərara əsasən, qadağaya əməl etməyənlər cərimələnəcək.
Bildirilir ki, ilk dəfə belə hal baş verərsə, həmin qadın 123 avro məbləğində cərimələnəcək. Qadağanı təkrar pozanlar üçün 1340 avro məbləğində cərimən nəzərdə tutulur.
Parlamentin qəbul etdiyi qərarda isə deyilir: "Nə paranca, nə niqab Danimarka mədəniyyətinə uyğundur".
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.