Ukrayna ordusu Donetskə girmək üzrədir

Ukrayna ordusunun tankları Donetskə girməyə çalışır. Musavat.com-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə qondarma “Donetsk Xalq Respublikası”nın “müdafiə naziri”nin müavini Fyodor Beryozin açıqlama yayıb.

“Burda döyüşlər birbaşa Donetskdə gedir. Bizi minomyotlarla atəşə tuturlar. Tanklar şəhərə girməyə cəhd edir”, - deyə separatçı bildirib. Onun sözlərinə görə, Ukrayna ordusu Donetskə şimal-qərbdən daxil olmağa çalışır, lakin hələlik onların qabağını kəsmək mümkün olur. Saxta qurumun təmsilçisi separatçılar arasında ölənlərin olduğunu, əhalinin şəhəri tərk eləməyə başladığını da söyləyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar