Bazarda işləmək istəyənlərə tarix imtahanı

Miqrantlar Rusiya tarixi, dilindən imtahanı verəcəklər

Rusiya Federasiyasında işləmək istəyənlər Rusiya tarixindən test imtahanından keçməlidirlər.

Miqrantlar Rusiya tarixinin 19 ən mühüm tarixi hadisəsini və 50 tarixi şəxsiyyətinin adını bilməlidirlər. Tarixi şəxsiyyətlər hərbçi, şair, yazıçı və siyasətçilər ola bilər.

Rusiya tarixini əhatə edən modula 20 sual daxil edilib. Test imtahanı verənlər 3 variantdan düzgün cavabı seçməlidirlər.

Miqrantlar eləcə də Böyük Vətən Müharibəsi, kosmosa ilk insanın uçuşunu və bu kimi tarixi hadisələrdən də xəbərdar olmalıdırlar.

Xatırladaq ki, Rusiya Federasiyasında müvəqqəti yaşamaq və ya işləmək istəyənlər 1 yanvar 2015-ci ildən test imtahanından keçəcəklər. Testlər rus-dili, Rusiya tarixi və Rusiya Federasiyası qanunvericiliyini əhatə edəcək.

Hazırda miqrantlar üçün test tapşırıqlarının hazırlanması üzərində iş gedir. /ANS

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar