"Üç ildən sonra dəyişiklik lazım idi" - Zinəddin Zidan

"Gördüyümüz işlər ağlasığmazdır. Bu tarixin bir hissəsi olduğum üçün çox məmnunam. Bunu təsəvvür belə edə bilməzdim. Komanda 3 il sonra dəyişikliyə məruz qalmalı idi. Növbəti mövsüm "Real Madrid"də davam etməməyi qərara aldım".

"Report"un məlumatına görə, bunu İspaniyanın "Real Madrid" klubundan ayrılan Zinəddin Zidan təşkil etdiyi mətbuat konfransında deyib.

Fransalı mütəxəssis hər kəs üçün ən doğru anın indi olduğunu sözlərinə əlavə edib: "Komanda daxilində hər şey qaydasında olarkən belə bir qərar almaq təəccüblü ola bilər. Amma bu komanda qazanmağa davam edəcək. 3 il sonra dəyişiklik lazım idi. Bu klubu çox sevirəm. Mənə bu şansı verdikləri və xəyallarımı reallaşdırdığım üçün klub prezidenti Florentino Peresə təşəkkür edirəm".

Qeyd edək ki, Zinəddin Zidan "Real Madrid"ə 4 yanvar 2016-cı ildə Rafael Benitesin əvəzinə baş məşqçi təyin olunub. Fransalı mütəxəssisin rəhbərliyi altında "kral klubu" İspaniya çempionu, ölkə Super Kubokunun, 3 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun qalibi və 2 dəfə klublararası dünya çempionu olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar