ABŞ-da atışma olub - Xəsarət alanlar var

ABŞ-ın paytaxtı Vaşinqtonda atışma olub.

"Report"un məlumatına görə, bu barədə "Fox 5 DC" xəbər verib.

Məlumata görə, silahlı insidenti kimliyi müəyyənləşdirilməmiş naməlum şəxs törədib. Hadisə zamanı 3 nəfər xəsarət alıb.

Polis cinayətkarın axtarışına başlayıb.

Hadisənin başvermə şəraiti müəyyənləşdirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar