“Qayınana 2018” filmi çəkilir – Flora Kərimova baş roldadır

Dərc olunub: 31/05/2018 - 23:30

Flora Kerimova 300112Xalq artisti Flora Kərimova “Qayınana 2018″ filminə çəkilir.

Trend-in məlumatına görə, Caspian Media Group şirkəti tərəfindən istehsal olunan film müasir qaynananın macəralarından bəhs edir.

Filmdə muasir qaynananı tərənnüm edən Canan (Flora Kərimova) oğlunu imkanlı ve elit ailənin qızı ilə evləndirmək istəsə də, oğlu evlərində çalışan qulluqçunun qızına aşiq olur. Layihənin rəhbəri və filmin baş prodüseri Hüseyn Cavadzadə, rejissoru Orxan Ağazadə, operatoru Şahmar Səfəroğlu ssenari müəllifi Nicat Dadaşov, rəssam Imruze Hüseynova, səs rejissoru Ədalət Xəlilov, ikinci rejissor Dilşad Baxşəliyeva , icraçı prodüserləri Azər Həsənov və Omar Abdulkərimov, qrim üzrə rəssam Sevda Zeynalova, Səbinə Imanovadır. Filmdə Flora Kərimova, Sefa Mirzehesenov, Elməddin Cəfərov, Riad Abdul, Sevinc Əliyeva, Gülşad Baxşıyeva, Azum Oqocukvo Joy və başqaları çəkiliblər. Filmdə epizodik səhnələrin birinə dünyaca məşhur “Papito” mahnısının ifaçısı rumıniyalı müğənni Seeya da çəkilib.








loading...


Fikrinizi bildirin