Ərdoğan seçkidə toplayacağı səslərin faizini açıqladı

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində qazanacağı səslərin faizini açıqlayıb.

"Vatan" qəzeti xəbər verir ki, Türkiyədə avqustun 10-da keçiriləcək prezident seçkiləri kampaniyasının gedişinə dair jurnalistlərin suallarını cavablandıran R.T.Ərdoğan özünü indidən qalib kimi göstərib.

R.T.Ərdoğan keçirdiyi hər təbliğat mitinqinə yüz minlərlə insanın qatıldığını deyərək, Türkiyə seçicisinin artıq öz seçimini etdiyini, 10 avqust seçkilərini bir formallıq kimi gördüyünü deyib.

Baş nazir əlavə edib ki, keçirilən çox sayda rəy sorğuları onun 55-56 faiz civarında səs qazanacağını təsdiqləyir.

Bəzi mənbələr isə R.T.Ərdoğanın hətta səslərin 70 faizini toplayacağını təxmin edirlər. /gün.az

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar