Az dağıntı, daha çox ölüm - İsrailin yeni qətl silahı-Foto

İsrail ordusunun fələstinlili mülki əhaliyə, fosfor bombasından başqa minlərlə öldürücü oxlar atdığı məlum olub.

Adı çəkilən oxlar tanklardan atılır və bir tank mərmisinin içində 5000-8000 ədəd ox olur. 4 sm uzunluqda iti uclu bu silahlar mərmi havada partladıqdan sonra 100 metr irəliyə çatır və 300 metr genişlikdə əraziyə səpilir.

İngiltərənin "Guardian" qəzeti iddia edir ki, bu oxları istifadə edən İsrailin məqsədi evləri dağıdmadan daha çox adam öldürməkdir. "Guardian"ın xəbərində bildirilir ki, bu sursatlar İsrail məhkəməsi tərəfindən 2002-ci ildə qadağan edilib.

İsrailin bu oxları 27 dekabr 2008-ci ildə başlayan "Əridilmiş Qurquşun" əməliyyatında da istifadə etdiyi məlum olub. Və bu silahla xeyli sayda insan öldürülüb. Fələstin İnsan Hüquqları Təşkilatı isə hərbi cinayətlərin araşdırılması üçün müstəqil beynəlxalq komissiya yaradılmasını istəyir. /avropa.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar