“BU İŞLƏ MTN MARAQLANMALIDIR...” – Özəlləşmə fırıldağı beynəlxalq qalmaqala çevrilir
“Kəmaləddin Heydərov bu adamın onun adından istifadə etməsinə niyə göz yumur?”
Azərbaycanda birbaşa dövlət məmurlarının iştirakı ilə özəlləşdirmə prosesində baş verən ciddi qanunsuzluqlar, fırıldaq haları ilə bağlı ölkə rəhbərliyinə coxsaylı şikayətlər olunub, məkəmə posesləri keçirilib, açıqlamalar verilib. Ancaq özəlləşdirməni həyata keçirən vəzifəli şəxslərin məhkəmələrə təzyiqi və ya hakimləri pulla ələ alması nəticəsində bir çox hallarda bu proseslərdə ədaləti bərpa etmək mümkün olmayıb. Nəticədə özəlləşdirmədə baş verən qanunsuzluqlarla bağlı şikayətlər ölkə sərhədlərindən kənarlara - Avropa Məhkəməsinə qədər gedib çıxıb. Nəticəsinin necə olmasından asılı omayaraq, bu cür hallar təbii ki, Azərbaycan dövlətinin nufuzuna müəyən zərbə vurur, ölkəmizə qarşı beynəlxalq aləmdə mənfi rəy formalşdırır. Təəssüf ki, şəxsi maraqlarını hər şeydən üstün tutan vəzifəli şəxslər, məmurlar bunu nəzərə almır, vətəndaşlara, iş admlarına aid obyektləri, müəssisə və təsərrüfatları zorakı yollarla ələ keçirməkdə davam edirlər.
Belə qanunsuz vasitələrlə ələ keçirilən təsərrüfatlardan biri də “Xudat Balıq” Açıq Səhmdar Cəmiyyətidir (ASC). Bu müəssisənin və onun ərazilərinin necə və hansı yollarla özəlləşdirilərək ələ keçirilməsi barədə saytımızda iki geniş məqalə verilib (BAX: “
Qısaca xatırladaq ki, özəlləşdirməyə çıxarılan zaman “Xudat Balıq” ASC-nin direktoru olan Güləhməd Güləhmədovun sözlərinə görə, prosesdə böyük qanunsuzluqlara yol verilib. Və o, bu qanunsuzluqların başında 2001-ci ildən qismən, 2005-ci ildə isə tam olaraq özəlləşdirmə prosesinə nəzarəti həyata keçirən Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) vəzifəli şəxslərinin, konkret olaraq sədr Kərəm Həsənovun və onun müavini Rüstəm Şahbazovun dayandığını iddia edir.
Belə ki, G.Güləhmədovun uzunmüddətli mübarizəsindən sonra, kollektivə satılmalı olan 15 faizik güzəştli hissənin 13, 2 faizini həmin vaxt təsərrüfatda calışanlar əldə edə bilib.
Özəlləşdirmənin II mərhələsində qanunvericiliyə uyğun olaraq, 29 avqust 2002-ci ildə keçirilən çek hərracına çıxarılan Səhmdar Cəmiyyətin 55 faiz səhmlərini də almaq üçün G.Güləhmədov Auksion Mərkəzinə 11054 ədəd özəlləşdirmə payı təqdim edərək qəbz alıb. Baxmayaraq ki, onu bu hərracdan kənarda saxlamaq üçün min cür oyun qurulur. Ancaq G.Güləhmədov ceklərini təqdim edir və hərracda başqa kimsə iştirak etmədiyindən, “Xudat Balıq” ASC-nin 55 faizini onun özəlləşdirdiyi bildirilir. Hətta “Mülkiyyət” qəzetinin növbəti sayında xəbər verilir ki, “Xudat Balıq” ASC-nin səhmlərinin satışı üzrə auksionda 74 nəfər iştirak edib və hərraca çıxarılan səhmlər 11 054 çekə satılıb.
Ancaq bir müdət sonra Departamentin sədr müavini Rüstəm Şahbzov zəng edərək G.Güləhmədovdan Auksion Mərkəzinə təqdim etdiyi çekləri geri götürməyi təklif edir və sifarişinin qəbul olunmadığını bildirir. R.Şahbazov qanuni bir səbəb göstərə blmədiyindən və G.Güləhmədov qanunla 55 faizin ona və kollektivin dıgər üzvlərinə verilməli olduğunu bildiyindən çekləri götürmür. Beləcə 2 il davam edir, müəssisənin özəlləşdirməsini yekunlaşdırmaq mümkün olmur.
G.Güləhmədovun qanuni haqlarından geri çəkilmədiyini görən “Xudat Balıq” ASC-ni ələ keçirmək istəyən dairələr Rüstəm Şahbazova onunla danışıraq məsələni yoluna qoymağı tapşırırlar. G.Güləhmədovun sözlərinə görə, belə danışıqlardan birində Rüstəm Şahbazov açıq şəkildə ona bildirir ki, “Xudat Balıq” ASC-ni indiki fövqəladə hallar naziri Kəmaləddin Heydərov özəlləşdirmək istəyir, ya onunla danış razılaş, ya da çeklərini götür, get.
[caption id="attachment_42364" align="alignleft" width="240"]
.Güləhmədov da bununla bağlı olaraq Kəmaləddin Heydərovun qəbuluna yazılır. K.Heydərov onu qəbul edir.
Bundan bir müddət əvvəl isə Kəmaləddin Heydərovla münasibətləri gərgin olan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin tapşırığı ilə keçmiş Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin rəhbərliyi (indi onlar ƏMDK-nın başındadırlar-red.) balıqçılıq təsərrüfatlarının Kəmaləddin Heydərova qarşı, sözün həqiqi mənasında üsyanını təşkil edirlər. Balıqçılıq təsərrüfatlarının rəhbərlərinin Bakıda birləşərək Kəmaləddin Heydərovun əleyhinə bəyanatlar verməsi, mətbuat konfransları keçirməsi təşkil olunur. Həmin konfranslardan yalnız birində iştirak edən G.Güləhmədov isə başqalarından fərqli olaraq K. Heydərovu deyil, özəlləşdirməyə rəhbərlik edən şəxsləri ittiham edir.
Məhz bu mövqeyinə görə, Kəmaləddin Heydərov görüş zamanı G.Güləhmədova təşəkkür edir, ona “sən kişi adamsan, həqiqəti danışdın” deyir. Eyni zamanda “Xudat Balıq” ASC-ni özəlləşdirmək niyyətində olmadığını, dostu, İran əsilli iş adamı Əhəd Purun ora ilə maraqlandığını deyir: “Ona görə də, mənə Əhəd Puru tapıb onunla görüşməyi məsləhət bildi. Həmçinin bir telefon nömrəsi verib dedi ki, mənim adımdan istifadə olunmasıyla qarşılaşdıqda və ya hər hansı sözün olarsa köməkçim Qüdrətlə əlaqə saxla. Özü də məsələ ilə maraqlanacağını, probemi yoluna qoymağa çalışacağını vəd etdi”.
Görüşdən sonra G.Güləhmədov bir neçə dəfə Kəmaləddin Heydərovun köməkçisi ilə əlaqə saxlayır. Ancaq müəyyən səbəblərdən Heydərovun özü ilə danışa bilmir. Təxminən 2 aydan sonra Qüdrət bildirir ki, Kəmaləddin müəllim ona Əhəd Purla görüşüb ortaq bir məxrəcə gəlməyi tövsiyyə edir.
Bundan sonra Güləhməd Güləhmədov yenidən Rüstəm Şahbazovun yanına gedərək ona Heydərovla görüşü haqda danışır. Bildirir ki, Heydərov ona, “Xudat Balıq” ASC ilə Əhəd Purun maraqlandığını söyləyib, onunla razılaşmağı məsləhət bilib.
Rüstəm Şahbazov rəhbərliklə danışdıqdan sonra ona bir söz deyə biləcəyini söyləyir. Elə həmin günün axşamı Rüstəm Şahbazov G.Güləhmədova zəng edərək, həm rəhbərlik, həm də Əhəd Purla müəyyən razılıq əldə edildiyini bildirir və səhəri gün saat 11:00 radələrində onun qəbulunda olmağı xahiş edir. Həmin görüşə Əhəd Purun özü deyil, onun adamlarından biri olan Mehmanşah Həsənov gəlir.
[caption id="attachment_42366" align="alignleft" width="300"]
.Güləhmədovun sözlərinə görə, Rüstəm Şahbazov və Mehmanşah Həsənov ona özəlləşdirdiyi 55 faizdən imtina edəcəyi halda pullu hərracda 30 faizi almasına şərait yaradacaqlarını bildirirlər. Və bunun K.Heydərovun istəyi olduğunu deyirlər. G.Güləhmədov da bir şərtlə razı olur ki, əvvəl 30 faizi alsın, sonra müəssisə 2 yerə bölünsün. Razılıq əldə olunur. Müəyyən prosedurları keçdikdən sonra 29 mart 2005-ci il tarixdə Xudat Balıq” ASC-nin 30 faizlik səhmi pullu hərraca cıxarılır. Başqa heç bir iddiaçı olmadığından hərracda 30%-i - 116 422 ədəd səhmi o vaxtın pulu ilə 43 milyon 658 min manat ödəməklə G.Güləhmədov alır. Bununla bağlı olaraq Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Milli Depozit Mərkəzində müqavilə bağlayaraq reyestrdən çıxarışı da götürür.
2005-ci ilin iyun ayında “Xudat Balıq” ASC-nin birinci ümumi yığıncağı keçirilir. Yığıncaqda “Xudat Balıq” ASC-nin bölünməsi və “Xudat Balıq-1” və “Xudat Balıq-2” səhmdar cəmiyyətlərinin yaradılması barədə qərar qəbul olunur. Əldə olunan razılığa görə, Müqtədir qəsəbəsində, Müqtədir çayından şimalda yerləşən ərazilər, həmçinin 1,3,4,5 6 və 7 saylı vətəgələr G.Güləhmədovun kollektivlə birgə yaratdığı “Xudat Balıq-1” səhmdar çəmiyyətinə ayrılır.
Müqtədir çayından cənubda yerləşən torpaq sahələri və digər bütün vətəgələr Əhəd Purun adamı olan Mehmanşah Həsənovun yaratdığı “Xudat Balıq-2” səhmdar çəmiyyətinə ayrılır. Beləliklə bölünmə prinsipial olaraq razılaşdırılır. İclasda G.Güləhmədovun sədr, Mehmanşah Həsənovun müavin olduğu komissiya yaradılır. “Xudat Balıq” ASC-nin bölünməsi ilə bağlı işləri idarə etmək də bu komissiyaya həvalə olunur.
Növbəti ayda növbədənkənar iclasın keçirilməsi barədə “Respublika” qəzetində elan verilir. 19 avqust 2005-ci ildə növbədənkənar ümumi yığıncaq çağırılır və bölünmə balansı təsdiq olunur. G.Güləhmədovun sədr olduğu həmin iclasda Mehmanşah Həsənovun təmsilçisi Şəmsəddin Abbasov katib olur. Və iclasın protokolunu Bakıda keçmiş Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinə verməyi də Ş. Abbasov üzərinə götürür. Ancaq bir müddət sonra G.Güləhmədova məlum olur ki, protokolu təqdim etməyiblər. Səbəbini öyrəndikdə, deyirlər ki, bir həftəyə yekunlaşdıracağıq. Ancaq sözlərinə əməl etmirlər.
İş adamının səmləri saxta yolla Cəlilabadın icra başcısının bacısı oğlunun adına yazılıb
[caption id="attachment_42368" align="alignleft" width="250"]
2006-cı ildə Kərəm Həsənov da yeni yaradılan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri, Rüstəm Şahbazov isə onun müavini təyin olunduqdan sonra özəlləşməyə tam nəzarət onların əlinə keçir. G.Güləhmədovun sözlərinə görə, Mehmanşah Həsənov da Kərəm Həsənovun yaxın adamı olduğundan onun vasitəsilə “Xudat Balıq” ASC-ni tam şəkildə ələ keçirməyə qərar verirlər.
Beləliklə, “Xudat Balıq” ASC-nin səhmlərinin 55 faizini özəlləşdirmək üçün G.Güləhmədovun qoyduğu 11054 ədəd çek geri qaytarılmadığı halda, hərracın nəticələri saxtalaşdırılır. Belə ki, özünü Kəmaləddin Heydərovun əsas adamlarından biri kimi təqdim edən Mehmanşah Həsənovun istəyi ilə faktiki olaraq G.Güləhmədova məxsus olan “Xudat Balıq” ASC-nin çek hərracında özəlləşdirilən 55 faiz səhminin 52,3 faizini Verdizadə Elnur Həsən oğlu adlı Cəbrayıl rayonundan olan bir məcburi köçkünün adına rəsmiləşdirirlər. Sonradan məlum olur ki, Verdizadə Elnur Həsən oğlu Kərəm Həsənovun qohumu olan Cəlilabad rayon İcra Hakimiyyətinin başcısı Əziz Əzizovun bacısı oğludur.
G.Güləhmədovun sözlərinə görə, həmin adamın özünün belə adına 52,3 faiz səhm yazılmasından xəbəri olmur. Bir müdət sonra həmin səhmlər Əhəd Pura məxsus, Mehmanşah Həsənovun icracı direktoru olduğu “AZF Co LTD” firmasının balansına keçirilir.
Kəmaləddin Heydərovun adından istifadə edərək iş adamının yeni təssərrüfatını da dağıdırlar
Bundan sonra bu günədək davam edən məhkəmə prosesləri başlayır. G.Güləhmədovun sözlərinə görə, rayon məhkəmələrində çıxarılan qərarları Mehmanşah Həsənov və onun arxasında dayananlar Appellyasiya və Ali Məhkəmədə ləğv etdirir, hər dəfə yenidən ibtidai proseslərə start verilir: “Mehmanşah Həsənov məhkəmələrdə hakimlərə K.Heydərovun adı ilə təzyiq edir.”
Qeyd edək ki, qanunla Səhmdar Cəmiyyətlərdə 10 faizdən artıq payı olan səhmdar əgər umimi işə ziyanı olmursa, öz təssərrüfatını ayıra bilər. “Xudat Balıq” ASC isə dağılmış vətəgələrdən və torpaq fondundan ibarətdir. Yəni, bölünmənin ümumi işə heç bir ziyanı yoxdur. Ancaq G.Güləhmədovun əlində “Xudat Balıq” ASC-nin rəsmən 30 faizinin sahibi olduğuna dair sənəd olmasına baxmayaraq, Mehmanşah Həsənov və onun arxasında dayananlar buna imkan vermirlər.
Məsələnin qəribə tərəflərindən biri də odur ki, Kəmaləddin Heydərovun adından istifadə edərək “Xudat Balıq” ASC-ni ələ keçirən Mehmanşah Həsənov və onun arxasında dayanan Əhəd Pur nə müəssisəni işlədirlər, nə də G.Güləhmədovun ona məxsus olan 30 faizi götürərək ayrılmasına imkan verirlər.
Hələ bu azmış kimi, ilkin razılıqdan sonra “Xudat Balıq” ASC-nin bir hissəsində yeni balıqçılıq müəssisəsi yaradan G.Güləhmədovun təssərrüfatını da dağıdırlar. Belə ki, 2005-ci ilin iyun ayında “Xudat Balıq” ASC-nin birinci ümumi yığıncağı keçirilərək, bölünmə barədə qərar çıxarıldıdan sonra G.Güləhmədov ona düşən hissədə müasir tipli balıqçılıq müəssisəsi yaratmağa, həmçinin digər yardımçı təsərrüfatlar açmağa başlayır. Bu məqsədlə həm özü böyük kapital yatırır, həm də Rusiyada yaşayan bəzi investorlardan vəsait cəlb edir. Bundan əlavə banklardan da xeyli kredit götürür. Təxminən 1 il ərzində xeyli işlər də görülür.
Hələ bununla da kifayətlənmirlər. Bölünməyə imkan verilmədiyini, prosesin uzun müddət davam edəcəyini görən G.Güləhmədov yaratdığı “Xudat balıq-1” müəssisəsi üçün Xacmaz rayon İcra Hakimiyyəti ilə müqavilə bağlayaraq, dövlət fondundan 360 hektar torpaq icarəyə götürür. Və burada müasir tipli yeni balıqçılıq müəssisəsi yaradır, göllər salır, binalar tikir. Bu təsərrüfat regionların inkişafı ilə bağlı Dövlət Proqramına da düşür. İri təsərrüfat olduğundan, G.Güləhmədov əvvələr tanıdığı Rusiyadan olan iş adamları ilə müqavilələr bağlayır. G.Güləhmədovun sözlərinə görə, onlar da həmin təsərrüfata böyük kapital yatırırlar. 2010-cu ilə qədər burada böyük işlər görülür.
[caption id="attachment_42369" align="alignleft" width="281"]
Ancaq Mehmanşah Həsənov və onun arxasında duranlar Xacmaz rayon İcra Hakimiyyətinin başcısı Şəmsəddin Xanbabayevə təzyiq edərək onunla bağlanan müqaviləni qeyri-qanuni olaraq ləğv etdirirlər. G.Güləhmədovun sözlərinə görə, Şəmsəddin Xanbabayev də ona həmin adamların K.Heydərovun adından istifadə etdiklərini, Əmlak Komitəsinin rəhbərliyinin da bunu təsdiqlədiyini bildirir.
Səbəb kimi də həmin ərazilərin “Xudat Balıq” ASC-nin balansında olmasını göstərirlər. Halbuki, G.Güləhmədovun sözlərinə görə, ona ayrılan ərazidən cəmi 60 hektarı “Xudat Balıq” ASC-nin balansına düşürdü ki, orda da heç bir iş görməmişdi: “Ancaq onlar bütün ərazinin “Xudat Balıq” ASC-nin balansına düşdüyünü bildirərək mənim qurduğum təsərrüfatı dağıtmağa başladılar. Bu zaman mən “Xudat Balıq” ASC-nin 30 faizinin rəsmi sahibi kimi əsas səhmdar olduğumu, yaratdığım təsərrüfatın ASC-nin tərkibində fəaliyyətini davam etdirməsində heç bir problem olmadığını bildirdin. Ancaq onlar bununla da razılaşmayıb, quldurcasına neçə illər ərzində qurduğum təsərrüffatı tam dağıtdıar”.
G.Güləhmədovun hesab edir ki, bununla Mehmanşah Həsənov və onun arxasında duranların onu təxribata çəkərək həbs olunmasına calışıblar: “Onlar gözləyirdilər ki, mən neçə illər ərzində, böyük miqdarda vəsait xərclədiyim təssərrüfatın dağılmasına dözməyəcəm, hər hansı bir emosional hərəkət edəcəm. Ancaq mən buna gətmədim, hüququmu qanuni vasitələrlə bərpa etmək niyyətindəyəm”.
"Rusiyadan olan investorlar prezidentlər İlham Əliyevə və Putinə müraciət etmək istəyirlər"
[caption id="attachment_42351" align="alignleft" width="280"]
G.Güləhmədovun sözlərinə görə, bunun üçün əlində bütün qanuni əsaslar var: “Mehmanşah Həsənov, Əhəd Pur və onların arxasında duranlar qanunsuz yollarla “Xudat Balıq” ASC və onun 100 hektarlarla ərazisini ələ keçirsələr də, müəssisənin fəaliyyətini təmin etmək istiqamətində hər hansı iş görülməyib. Əksinə, mövcud olanı da dağıdıblar. Buna görə də, səhmdarlar özəlləşdirmədən keçən 8-9 il ərzində bir manat belə divident əldə edə bilməyiblər. Bu fakt da mənə ən böyük səhmdarlardan biri kimi imkan verir ki, öz təsərrüfatımı ayırım”.
G.Güləhmədovun sözlərinə görə, bununla bağlı yaxın vaxtlarda məhkəməyə müraciət edəcək: “Bu məhkəmədə mən “Xudat Balıq” ASC-nin özəlləşdirilməsi zamanı və ondan sonra baş verən qanunsuzluqlarla bağlı cox ciddi faktları açıqlayacağam. Mən indiyə qədər K.Heydərova hörmət əlaməti olaraq, onun mənə verdiyi sözə ümid edərək susmuşam. Ancaq Mehmanşah Həsənov və onun arxasında duranlar məhz K. Heydərovun adından istifadə edərək mənim qanuni haqqımı əlimdən alıblar, qurduğum təsərrüfatı dağıdıblar. Hansı ki, həmin təsərrüfatda Rusiyadan olan iş adamlarının da payı var. Yəqin ki, məhkəmə prosesində onlar da iştirak edəcək. Əgər burda məhkəmələr sifarişli qərar çıxararsa, bu artıq beynəlxalq qalmaqala çevriləcək. Hətta Rusiyadan olan investorlar bu məsələni hökumət səviyyəsinə qaldırmaq, Azərbaycan prezidenti İlham Əliyevə və Rusiya prezidenti Putinə müraciət etmək istəyirlər. Sadəcə mən dövlətimin nüfuzunu düşünərək, indəyədək buna imkan verməmişəm. Özüm ziyana düşsəm də, istəmişəm ki, burda məsələni razılıqla həll edim. Ancaq qarşı tərəf bütün razılıqları pozduğundan və mənim hüquqlarımı kobud şəkildə tapdadığından, artıq onların da bu prosesə qatılmasına mane ola bilmərəm. Belə getsə “Xudat Balıq” ASC-nin özəlləşdirilməsində və ondan sonrakı qanunsuzluqlar beynəlxalq qalmaqala çevriləcək”.
G.Güləhmədov Mehmanşah Həsənov və onun havadarlarının hər hansı iş görmədikləri, müəssisənin fəaliyyətini təmin etmədikləri halda “Xudat Balıq” ASC-ni ələ keçirmələrinin səbəbini də açıqladı: “Onların məqsədi ASC-nin balansında olan 100 hektarlarla ərazini satmaqdır. Artıq bir hissəsini də satıblar. Bu işdə Mehmanşah Həsənov və onun havadarları ilə bərabər Kərəm Həsənov, Rüstəm Şahbazov, Xacmaz rayon İcra Hakimiyyətinin başcısı Şəmsəddin Xanbabayev, Xacmaz rayon torpaq şöbəsinin bir neçə dəfə işdən qovulub-qaytarlan rəisi Adıgözəl Tağıyev də iştirak edir. Bunlar birləşərək dövlət fonduna aid torpaqları “Xudat Balıq” ASC-nin ərazisi kimi müxtəlif şəxslərə satırlar. Hətta xarici vətəndaşlara.”
Azərbaycanın strateji obyektlərini və ərazilərini kimlər ələ keçirir?
G.Güləhmədov sonda bir daha Kəmaləddin Heydərova müraciət edərək, onu qəbul etməsini xahiş edib: “Mən bu gün də inanıram ki, Kəmaləddin Heydərovun onun adından istifadə olunaraq mənim başıma gətirilən oyunlardan xəbəri yoxdur. Buna görə də, sizin sayt vasitəsilə məni qəbul edib, dinləməsini xahiş edirəm”.
Yazıda adları keçən şəxslərin də mövqeyini işıqladırmağa hazırıq.
Murad Məmmədov
AzPolitika.info
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.