“Hədəf “Boeing” yox, silah daşıyan təyyarə olub” - Ukraynalı general

“Malayziyaya aid avialayneri vuran raket qurğusunun hədəfi “Boeing-777” yox, Ukraynanın silah daşıyan yük təyyarəsi olub”.

APA-nın Ukrayna KİV-nə istinadən məlumatına görə, bunu Kiyevdə keçirilən mətbuat konfransında Ukrayna Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının keçmiş komandan müavini, hazırda qəza ilə bağlı yaradılmış ekspert qrupunun üzvü general-leytenant Vladimir Dyakov deyib.

O qeyd edib ki, separatçıların törətdiyi əngəl nəticəsində təyyarənin qalıqlarını, qara qutuları və bəzi cəsədləri ərazidən çıxarmaq hələ də mümkün olmasa da, Xarkovda təyyarənin karkası hazırlanıb və qalıqların karkasda toplanılması ilə qəzanın səbəblərini öyrənmək mümkün olacaq: “Hazırda əsas vəzifəmiz raketin qalığını tapmaqdır. Raketin başlığı təyyarəyə dəyərkən partlasa da, arxa hissəsi yaxın ərazidə yerə düşməli idi. “BUK-1M” raketləri var ki, Ukraynada yoxdur, yalnız Rusiyada ola bilər. Raketin tarixinə və seriyasına baxıb, çox şeyi öyrənə bilərik”.

V.Dyakov bildirib ki, iki raket qurğusunun sərhədi keçməsinə dair fotofakt var və onun fikrincə, bu qurğuları hər gün dəyişən kod sistemindən anlayışı olan Rusiya hərbçiləri idarə ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar