Serbiya yığması DÇ-2018 üçün yekun heyətini açıqlayıb

Serbiya milli komandası Rusiyadakı dünya çempionatı üçün yekun heyətini açıqlayıb.

"Report"un məlumatına görə, 23 futbolçudan ibarət siyahıya 3 qapıçı, 8 müdafiəçi, 9 yarımmüdafiəçi və 3 hücumçu daxil edilib.

Qapıçılar: Vladimir Stoykoviç (“Partizan”), Marko Dmitroviç (“Eybar”, İspaniya), Predraq Raykoviç (“Makkabi” Təl-Əviv, İsrail);

Müdafiəçilər: Aleksandar Kolarov (“Roma”, İtaliya), Branislav İvanoviç (“Zenit”, Rusiya), Duşko Toşiç (“Quançjou Fuli”, Çin), Antonio Rukavina (“Vilyarreal”, İspaniya), Miloş Velkoviç (“Verder”, Almaniya), Milan Rodiç (“Srvena Zvezda”), Uroş Spayiç (“Krasnodar”, Rusiya), Nikola Milenkoviç (“Fiorentina”, İtaliya);

Yarımmüdafiəçilər: Nemanya Matiç (“Mançester Yunayted”, İngiltərə), Sergey Milinkoviç-Saviç (“Latsio”, İtaliya), Luka Milivoyeviç (“Kristal Pelas”, İngiltərə), Adam Lyaiç (“Torino”, İtaliya), Marko Qruiç (“Liverpul”, İngiltərə), Nemanya Radonyiç (“Srvena Zvezda”), Duşan Tadiç (“Sautgempton”, İngiltərə), Filip Kostiç (“Hamburq”, Almaniya), Andriya Jivkoviç (“Benfika”, Portuqaliya);

Hücumçular: Aleksandar Mitroviç (“Fulhem”, İngiltərə), Aleksandr Priyoviç (PAOK, Yunanıstan), Luka Yoviç (“Ayntraxt”, Almaniya).

Qeyd edək ki, Serbiya millisi DÇ-2018-də Braziliya, Kosta-Rika və İsveçrə ilə eyni qrupda yer alacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar