"HEYDƏR ƏLİYEV BİZİ TƏNQİD ETMƏYİ QADAĞAN ETDİ" – Sabiq nazir

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov 20 il bundan əvvəl ölkəni silkələmiş istefa qərarı ilə bağlı maraqlı status yazıb.

Strateq.az xatırladır ki, 1999-cu ildə Prezident Heydər Əliyevin köməkçisi Eldar Namazov, beynəlxalq məsələlər üzrə müşaviri Vəfa Quluzadə və xarici işlər naziri Tofiq Zülfüqarov vəzifələrindən istefa verdiklərini bəyan etmişdilər. Böyük rezonans doğurmuş həmin addım Azərbaycanın Qarabağla bağlı danışıqlarda güzəştlərə vadar edilməsinə etiraz kimi qiymətləndirilimişdi.

Həmin dövrdə hakimiyyətə loyal olan bir sıra tanınmış siyasətçilər, ictimai xadimlər, jurnalistlər bu “üçlüyün” istefasını dövlət əleyhinə olması barədə açıqlamalar verir bu addımı tənqid edirdilər.

Qeyd edək ki, istefa vermiş şəxslər müxtəlif vaxtlarda öz qərarları barədə bəzi məqamları KİV-ə danışıblar.

Tofiq Zülfüqarov istefa qərarından sonra ona qarşı edlən hucumlarla bağlı maraqlı detalı açıqlayıb.

Sabiq nazir yazıb ki, vəzifədən getdikdən sonra bir çoxları mərhum prezident Heydər Əliyevin diqqətini çəkmək üçün belə tənqidləri genişləndirmişdilər: “Məni, Vəfa bəyi, Eldar müəllimi tənqid edirdilər. Heydər Əliyev iclasların birində bu şəxslərə xəbərdarlıq edərək dedi ki, “bilmədiyiniz məsələlərdən danışmayın və bir də bu şəxsləri tənqid etməyin”.

Prezidentin bu xəbərdarlığından sonra istefa verən sabiqlərə qarşı tənqidlər dayandırılıb.

635x100

Şərhlər

Ağanatiq 2018-06-02 09:53:40

Görünür, bu üçlük çox şeylər danışa bilərmiş... ona görə də komrpomiss əldə olunub: Sən bizə qarşı hücumların dayandırılmasına göstəriş verirsen, əvəzində isə biz susmaqda davam edirik...

Vətəndaş 2018-06-02 09:53:40

Elə ondan sonra nazirlər rüşvətə,büdcə yeyilməsinə,korrupsiyaya çəkinmədən qurşandılar və dallarınca icra hakimiyyətlərini vıə digər vəzifəliləri apardılar.Nəticədə gadə adamlar dilənçi kökünə düşdü,orta təbəqə yox oldu., ölkənin imici ,rüytinqi düşdü və..Dərə xəlbət.tülkü bəy oldu.

Azad Qarabaglı 2018-06-02 09:53:40

Azərbaуcanda bircə İSТEFA qabardılıb. Daglıq Qarabagı SSRİ rəhbərliуindəki bəzi ermənilərin (14.06.1988 тarixli fərmanı) тəhriki ilə Ermənisтana "birləşmə"sinin qarşısını ala bilməуən Ə.Vəzirovun isтefası! Sonrakı "lider"lər də "birləşmə"nin (anneksianın) əleуhinə olanlara qarşı 1988-94 cü illərdəki hərbi genosidin qarşısını ala bilmədilər. Bu münaqişə hələ də siуasi-hüquqi aləmə müfəssəl bəуan edilməуib ki, bu milləтçi ermənilərin digərlərinin azad seçiminə qarşı hərbi genosididir!!!

G.M 2018-06-02 09:53:40

H.Əliyev,Azərbaycan Tarixinin silinməz səhifəsidir.Siyasət aləmində xüsusi çəkisi olan Azərbaycanlıdır.M.Ə.Rəsulzadə Dövlətimizin Memarı,H.Əliyev müstəqilliyi bərpa edən sərgərdədir.Sonrakı zamanlarda İqtidarın yarıtmazlıqları,müxalifətin formalaşmaması onların günahı deyil.Mentalitetimizdəki qüsurlara nə Rəsulzadə,nə Əliyev cavabdehlik daşımırlar.Hər iki Şəxsiyətə Allah rəhmət eləsin.

Son yazılar