Türkiyə buna məcbur olsa, NATO kabus yaşayacaq - General

ABŞ Konqresinin Türkiyəyə F-35 hərbi təyyarələrinin verilməsinin qarşısını almaq cəhdləri Ankaranın Rusiyadan silah almasına səbəb ola bilər. Bu vəziyyət NATO və təyyarələri üçün ciddi bir təhdiddir.Axar.az xəbər verir ki, bu barədə “Biznes İnsaydr” portalı məlumat yayıb: “Türkiyə Rusiya istehsalı S-400 hava müdafiə sistemlərini almağı qəbul edib. Beləliklə, Moskva NATO-nun müdafiə sisteminə daxil olmaq fürsəti qazana bilər. Bu da alyansın kabusu olacaq”.

Xəbərdə rus sistemlərinin görünməzlik texnologiyasına güvənən ABŞ hərbi təyyarələrini vurmaq üçün də istifadə edilə biləcəyi qeyd olunub.

ABŞ Hərbi-Hava Qüvvələrinin sabiq generalı Devid Deptula NATO-ya üzv ölkələrin öz hava müdafiə sistemlərinə Rusiya silahlarını daxil etmək istəmədiklərini bildirib. O, Türkiyənin F-35-lərin əvəzinə Su-57-ləri alacağına inanmadığını, Rusiya təyyarələrinin NATO sistemləri ilə uyğun olmadığı üçün belə bir razılaşmanın mənasız olduğunu deyib.

Portal Su-57 hərbi təyyarələrinin ABŞ istehsalı F-22 və F-35-lərlə birbaşa rəqib olduğunu vurğulayıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bundan öncə çıxışı zamanı ABŞ-ın Türkiyəyə beşinci nəsil F-35 təyyarələrinin tədarükü ilə bağlı öhdəliklərini yerinə yetirməsə, Türkiyənin digər qapıları döyməyə məcbur ola biləcəyini söyləmişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar