İstanbulda süpürgəçi gənc qadını ərindən xilas etdi və həbs olundu - VİDEO

Türkiyənin İstanbul şəhərində qəribə hadisə baş verib. Süpürgəçi kişi qadını onu vəhşicəsinə döyən ərindən xilas edib və həbs olunub.

Virtualaz.org “Hürriyyet”ə istinadla xəbər verir ki, məhkəmədə boşanma ilə bağlı iclasdan sonra kişi küçədə arvadını döyməyə başlayıb. Qadın yerə yıxılıb və elə bu vaxt həmin ərazidə süpürgəçi işləyən 29 yaşlı gənc baş verənlərə dözməyərək, qadını döyən kişini başının zərbəsi ilə yerə sərib.

Bundan sonra hadisə yerinə polis əməkdaşları çağırılıb. Qəribədir ki, onlar arvadını döyən kişini deyil, qadını xilas etmiş süpürgəçi Emre Derebaşını tutublar.

Gənc əməlindən peşman olmadığını bildirib. “Mən istənilən insanın etməli olduğunu etmişəm. Zorakılığa qarşıyam və qadının döyülməsinə durub tamaşa edə bilməzdim. Belə bir hadisə təkrarlansaydı, bunu bir də edərdim”, - həbs edilən Emre bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar