DÇ-2014-ün ən yaxşı qolunun müəllifi bəlli oldu - Video

Xames Rodriqesin vurduğu qol FİFA tərəfindən Dünya Çempionatının ən gözəl qolu seçilib

Fransanın "Monako" futbol klubunun yarımmüdafiəçisi Xames Rodriqesin Kolumbiya yığmasının heyətində uruqvaylılara qarşı 1/8 final görüşündə vurduğu birinci qol FİFA tərəfindən Dünya Çempionatının ən gözəl qolu seçilib.

Bu haqda FİFA-nın rəsmi saytı xəbər yayıb.

Ən gözəl qollar arasında ikinci yerə Hollandiya yığmasının və "Mançester Yunayted"in hücumçusu Robi Van Persinin ispanlara başla vurduğu qol layiq görülüb.

Xatırladaq ki, Kolumbiya millisinin üzvü 23 yaşlı Xames Rodriqes 6 qolla dünya çempionatının ən yaxşı bombardiri adına da layiq görülüb. /ANS

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar