“Gürcüstanda qeyri-sabitliyin yaradılmasına imkan verilməyəcək” - Kvirikaşvili
Baxiş sayı:
Dərc olunub:
03/06/2018 - 20:52
“Gürcüstanda qeyri-sabitliyin yaradılması üçün heç kəsə əsas verilməyəcək”.APA-nın məlumatına əsasən, bunu Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili deyib.
Gürcüstanın baş naziri bildirib ki, ölkədə sabitlik təmin olunacaq: “Ədalətsizlik hissi olan insanlara gəlincə, bu, bizim üçün ciddi çağırışdır. Bütün suallara müvafiq formatda mütləq cavab veriləcək. Ölkədə sabitliyi pozmağa çalışan və tamamilə qanunsuz siyasi tələblər irəli sürən radikal qruplara qeyri-sabitliyin yaradılmasına əsas verilməyəcək”.
Qeyd edək ki, Tbilisidə son günlər məhkəmə-hüquq sisteminə qarşı keçirilən davamlı etiraz aksiyasına bəzi müxalif siyasi partiyalar da dəstək verib. Partiyalar fəaliyyət planının hazırlanması məqsədilə məsləhətləşmələr aparırlar.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
20:42
"Landmark"ın sahibi ilə bağlı müəmmalı olaylar - Xanımı ölkəni tərk etdi, özünə "stop" qoyulur
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.