“Boeing ” təyyarəsinin düşdüyü ərazidə meyitlərin axtarışı sona çatdı

Xilasedicilər “Boeing 777” təyyarəsinin düşdüyü ərazidə meyitlərin axtarışını sona çatdırıblar, onların bu gün axşam Xarkova yola salınacağı gözlənilir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna baş nazirinin müavini Vladimir Qrosman bildirib.

“Ukrayna FHN-in son məruzəsinə əsasən, meyitlərin axtarışı üzrə işlər sona çatdırılıb, hadisə yerindən 282 meyit və 87 meyit qalığı tapılıb”, deyə o Kiyevdə keçirilmiş brifinqdə bildirib.

Vladimir Qrosman əlavə edib ki, bütün meyitlər xüsusi refrijerator qatarına yüklənib: “Orada iki bu tip qatar var və bizim məlumatımıza əsasən, bu gün yerli vaxtla 19.00-dan sonra qatarlar Xarkova yola salınacaq”, deyə baş nazirin müavini bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar