Türkiyədə 3 günlük matəm elan olundu - VİDEO

Bu barədə Türkiyə baş nazirinin müavini Bülent Arınç jurnalistlərə verdiyi açıqlamasında bildirib

Türkiyədə Qəzzada baş verən qətliamlarla bağlı 3 günlük matəm elan olunacaq. ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyə baş nazirinin müavini Bülent Arınç jurnalistlərə verdiyi açıqlamasında bildirib:"İsrailin Fələstin xalqına qarşı tətbiq etdiyi bu bu qətliamı lənətləyirik. Türkiyə höküməti olaraq bununla əlaqədar 3 günlük matəm elan olunması qərara alındı.

Qəzzada həyatını itirən fələstinlilərin sayının 500-dən çox olduğunu bildirən Arınçın sözlərinə İsrailin son olaraq hücum etdiyi Şucayil məhəlləsində aralarında uşaqların da olduğu 60-dan çox günahsız insan öldürülüb.

Türkiyə Fələstin xalqı ilə həmrəy içində olduğunu göstərmək üçün matəm qərarını verdi. Baş nazirimiz sabahdan etibarən matəmin tətbiqinə başlanılmasını istədi. İsrail hökuməti Qəzzaya həyata keçirdiyi hərbi əməliyyatları dərhal dayandırmalıdır. Atəşkəs təmin edilməsi mövzusundakı səyləri də dəstəkləməkdəyik".

Bülənt Arınş Fələstinə humanitar yardımların göstərilməsi üçün Türkiyənin bütün imkanlarını səfərbər edəcəyini də sözlərinə əlavə edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar