Britaniya Rusiya ilə hərbi əməkdaşlığı dayandırdı

Ukraynadakı vəziyyətlə əlaqədar Britaniya Rusiya ilə olan hərbi əməkdaşlığı dondurub. Ukrayna mətbuatının məlumatına görə, Britaniya hökumətinin ofisindən bildirilib ki, Ukrayna ətrafındakı vəziyyətlə bağlı Rusiyaya silah tədarükünə dair bütün lisenziyalar, silah və ikili təyinatlı məhsulların ixracı dayandırılıb.

“Britaniya Rusiya ilə iqtisadi əməkdaşlığa yenidən baxır. Gələcək diplomatik addımlar Avropa Birliyi və “Böyük -7”-lərlə razılaşdırılaraq, qəbul ediləcək. Britaniya hökuməti şirkətlərə xatırladır ki, Rusiya ilə iş birliyi risklidir”- deyə Britaniya hökuməti qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar