NAZİRLƏR KABİNETİNDƏ İXTİSARLAR APARILDI - Şöbələrin sayı 15-dən 10-a endirildi

Nazirlər Kabinetinin (NK) yeni strukturu təsdiqlənib. “Report”un əldə etdiyi məlumata görə, NK-nın şöbələrinin sayı 15-dən 10-a endirilib.

Üç şöbə (Kənd təsərrüfatı məsələləri şöbəsi, Ekologiya məsələləri şöbəsi və Regionların inkişafı məsələləri şöbəsi) birləşdirilərək Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsi yaradılıb. Hələ ki, həmin şöbənin müdiri vəzifəsinə təyinat olmayıb.

Bundan başqa, Neft və kimya məsələləri şöbəsi, Beynəlxalq maliyyə təşkilatları ilə iş şöbəsi və Qaçqınların və məcburi köçkünlərin məsələləri şöbəsi digər müvafiq şöbələrlə birləşdirilib. Baş nazirin Katibliyinin rəisi vəzifəsi vakantdır.

NK-nın Aparat rəhbəri vəzifəsi əvvəlki kimi Ağa-bala Hacıyevə tapşırılıb. Tofiq Sarıcalinski, Natiq Əzizov və Sabir Bayramov isə Baş nazirin köməkçisidirlər. Hər üç şəxs sabiq Baş nazir Artur Rasi-zadənin də köməkçiləri olub.

635x100

Şərhlər

EWDER 2018-06-04 15:15:24

BELI,KIME LAZIMDI NAZ. KABINET.ELI HESENOV,HACIBALA VE S. QOVMAQ LAZIOMDI HAMISINI ...

ayzek 2018-06-04 15:15:24

nazirlər kabinetinin əvəzinə Qoburnat bağında bir əl-Mənsur müəllimin kabineti olsaydı xalqa daha çox xeyri dəyərdi...

G.M 2018-06-04 15:15:24

Respublikada bütün göstəriş və maliyə ayırmaları PA dan dəqiq idarə olunursa,Abadlıq,iqtisadiyat və digər təsərüfatlara nazirliklərə göstərişlər PA -dan verilirsə Tikinti və təmirlərə vəsait Prezdent fondundan ayrılırsa,..NK -nə nə ehtiyac var ki..hələ bir KATİBƏ EŞQİNƏ DƏ DÜŞÜR.

Aristoteles 2018-06-04 15:15:24

Bircə özü qalıb... özünü də ixtisar etseydi, xalq bu appendiksden qurtulmuş olardı...

Son yazılar