GÜLƏR ƏHMƏDOVAYA DEPUTAT PENSİYASI TƏYİN OLUNDU - Vəkildən açıqlama

guler-yeni-e14680131074891482494516

Sabiq deputat Gülər Əhmədovaya deputat pensiyası təyin olunub. "AzPolitika.info"nun məlumatına görə, bu barədə tanınmış vəkil Adəm Məmmədov öz "facebook" səhifəsində xəbər verib.

Onun yazdığına görə, məhkəmənin qərarı ilə Gülər Əhmədovaya əlillik dərəcəsi verilməsinə və pensiya təyin edilməsinə nail olunub: "Hüquqlarını müdafiə etdiyim  Milli Məclisinin sabiq deputatı Gülər Əhmədovaya deputat kimi pensiya təyin olunmasına nail olduq. Belə ki, 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarına əsasən Əhmədova Gülər Mikayıl qızına 30.05.2017-ci il tarixdən 2-ci dərəcə əlillik təyin olunması vəzifəsi  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinə həvalə edilmişdir. Bu qərara görə hakim Elçin Məmmədova təşəkkür edirəm!"

Qeyd edək ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin yaydığı qalmaqallı videodan sonra G.Əhmədova deputat mandatından imtina edib. Onun barəsində həbs qətimkan tədbiri seçilib. G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 307.2-ci (cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə, qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunub.

2013-cü ilin dekabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan keçmiş deputat apellyasiya şikayəti verib. 2014-cü ilin may ayının 5-də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə G.Əhmədovaya 3 il sınaq müddəti təyin olunmaqla şərti cəza verilib və o, azadlığa buraxılıb.

AzPolitika.info

635x100

Şərhlər

o.b.n 2018-06-04 19:33:31

Sovet dövründə mağazada malı baha qiymətə satdığına görə satıcı həbs edilirdi o cinayəti öz üzərinə götürürdü böyükləri satmırdı,bunun müqablində böyüklər isə yatdığı müdətdə onun nəvacibini ailəsinə catdırırdı.Gülər xanım heç kimi «satmaz» möhkəm xanımdır,sadəcə bəxti gətirmədi.Ölkə ərazicə kiçikdir, hamı bilir istər deputa istəsə məmur necə seçilir.

R-n 2018-06-04 19:33:31

Onda vor zakonlar bundan gabag dovlet muavineti almalidirlar.Gulmeli,gulmeli...

G.M 2018-06-04 19:33:31

Biz buyuq,bundan ibarətik.Arif Rəhimzadə də düz danışır.biz Dövlət ,filan quran deyilik..qurulanı dağıtmaqda əvəzimiz,özünə təirif,üzünə tərif deməkdə anoloqumuz yoxdur.Özü də əksəriyyətimiz bu gündəyik.Aralıqda tək-tük sağlam əqidəli İnsanlarımız olur..onların da ya üzünə durub,məhv edirik,ya da çöllərə salıb fəxr edirik...öləndən sonra adlarına şer,mahnı yazırıq.Millət deyəndə ailəmizi,Dövlət deyəndə cibimizi düşünürük..nəticədə deputatımız Zahid,Araz....Gülər olur

Zaur 2018-06-04 19:33:31

O boyda cinayət faktları (videolar, hallanan adlar, türkiyədə bir xanımın ölümü və s.) və nəticə də belə! Unikal!

uveys 2018-06-04 19:33:31

noolub sene ay Azerbaycan?

NURəddin 2018-06-04 19:33:31

.ƏCƏB İŞƏ DÜŞMÜŞÜK E SƏN ÖLMƏYƏSƏN.DEMƏLİ XALQ QAZANSIN GÜLƏR DƏ ÖLÜNCƏ YESİN.HANSI XİDMƏTLƏRİNƏ GÖRƏ ONUN HƏYATI BU CÜR TƏMİNAT ALTINA ALINIR? MANDAT SATIŞINDAKI TOPDANSATIŞ XİDMƏTLƏRİNƏ GÖRƏMİ?

aysberq 2018-06-04 19:33:31

Boy yazıq onamı qalmışdı???

Seçici 2018-06-04 19:33:31

Dünуanı heуran edən qanunlarımız və korifeу vunderkinlərimiz aləmə məlumdu? Eуni anda alimliуi də, müəllim dərsini də, şəxsən depuтaт qərarını MMdə vermək və dünуəvi şirkəтi də ŞƏXSƏN idarə eтmək mümkünmüş? Amma, eуni anda əlillik və DEPUТAТlıq pensiуaları daha уüksək dəуərli fəal xanımın fəaliууəтini odəуəcəkmi?

Elshad Abdullayev 2018-06-04 19:33:31

Gülr Əhmədovanın Mahir Abdullayev işində iştirak etməsı iddia deyil, konkret faktdır ............Gülər Əhmədovaya süni hava verirlər ki, guya o əzabkeş deputat olub.Gülər Əhmədovanın deputat olması Qanuna görə cinayət məsuliyyətində agırlaşdırıcı hal hesab edilir...

Vaqif 2018-06-04 19:33:31

Komissyanın rəyi ya tapşırıqla olub,ya da hörmətlə.....Ay bala Gülər sağlamdır,onun harası əlildir? Bir bunu da açıqlayardnız ki,millət bilsin.Axı o "millət vəkili" olub. Adamlar onu tanıyır.Xəstəliyini də bilmək istəyirlər.Sonra Müslümovu qınayırlar.....

Son yazılar