Aslan İsmayılova cinayət işi qaldırıldı

Aslan-ISMHüquqşünas Aslan İsmayılova qarşı cinayət işi qaldırılıb.

Bu haqda musavat.com-a məhkəmə orqanlarındakı mənbədən məlumat daxil olub.

Məlumatda bildirilir ki, hüquqşünas haqda cinayət işinin qaldırılmasına 2017-ci ilin oktyabrın 2-də Binəqədi rayon məhkəməsinin inzibati binasında baş vermiş hadisə səbəb olub. Aslan İsmayılovun məhkəmə heyətinə qarşı kobud hərəkətlərə yol verdiyi deyilir. Belə ki, o, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevə qarşı təhqir və böhtanla bağlı xüsusi ittiham qaydasında şikayətinin icraata götürülməsindən imtina olunması barədə hakim Rəşad Əliyevin qərar qəbul etdiyini öyrəndikdən sonra yüksək səslə buna etiraz edərək iclas zalından hakimin müşavirə otağına keçməsi üçün nəzərdə tutulmuş qapıdan məhkəmənin dəhlizinə keçməyə cəhd edib. Onun cəhdi baş tutmadıqda isə bağlı qapını sındırmağa çalışıb. Mənbə bildirir ki, zərbələrin şiddətindən qapı çərçivəsinin ətrafındakı boyanın bir hissəsi tökülüb.

Daha sonra A.İsmayılov iclas zalından çıxıb məhkəmənin həyətində ucadan səs-küy salaraq hakim və məhkəmə sədrinin onun qarşısına çıxmalarını tələb edib, onların ünvanına ucadan təhqiredici ifadələr işlədib.

Baş verənlərlə bağlı A.İsmayılovun ictimai qaydanı və məhkəmənin iş rejimini pozaraq xuliqanlıq hərəkətləri etməsi barədə Binəqədi rayon məhkəməsinin işçiləri tərəfindən akt tərtib olunaraq müvafiq materiallarla birlikdə Binəqədi rayon prokurorluğuna göndərilib. Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaqı aparılması üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinə ünvanlanıb.

Məhkəmə kompleks tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının rəyinə görə, baş vermiş hadisə nəticəsində Binəqədi rayon məhkəməsinin əmlakına yüz otuz manat məbləğində maddi zərər dəyib.

Bu il mayın 25-də A.İsmayılova CM-nin 221.1-ci maddəsi ilə ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

04 iyun, 2018-ci il tarixində isə iş üzrə ittiham aktı təsdiq edilərək cinayət işi baxılması üçün Binəqədi rayon məhkəməsinə göndərilib.

635x100

Şərhlər

Veten dashi 2018-06-04 21:57:01

Bu dunya duzelmir ki,duzelmir baba. Bu mehkemeleri de ASAN xidmete verseydiler yaxshi olurdu,... Qeyriler etdiler tereqqiyi tam qaldi zillet icre firqeyi islam. Tanrinin edaletine soykenmekden bashqa caremiz yox.

T.Safarli 2018-06-04 21:57:01

Xalqin bu namuslu oglunun serlenmesinde ,,Azpolitikanin,,zehmeti az olmayib...

yusif-1313 2018-06-04 21:57:01

BALİQ HAFİZ TV-DƏ XALQİN GÖZÜ QARŞİSİNDA DƏFƏLƏRLƏ NECƏLƏRİ BARƏSİNDƏ TƏHQİR VƏ BÖHTANLAR SÖYLƏMİŞDİ.GÖRÜNÜR BALİQ HAFİZƏ MÜMKÜN SAYİLANLAR ASLAN İSMAYİLOV ÜCÜN MÜMKÜN SAYİLA BİLMİR.

Mixaylo 2018-06-04 21:57:01

Aslan İsmayılovu Hafizlə müqayisə etmək ..... müqayisə etmək kimi bir şeydir. Hafizin iddiasına görə İsmayılova iş açmaq avantyuradır. Hafiz qalib gəlsə bizə "qan uddurajax".

Zaur 2018-06-04 21:57:01

İşə mahiyyəti üzrə ad qoymaq lazım.....

miri 2018-06-04 21:57:01

Azərbaycanin məhzəkə sistemi yeni yeni uqurlara imza atir. Bu gedislə yaxin illərdə məmləkətdə haqq soz deyən bir kəs qalmaz. Yaltaqlıqla dolanisiq əldə etmək və yalanla is yola vermək hamının qəbul etdiyi normaya cevrilər. İrəli, məhzəkə əməkdasları, irəli!

Son yazılar