Türkiyə və ABŞ Mənbic məsələsində razılığa gəldi! - Kürd qüvvələri 6 ay ərzində bölgədən çıxarılacaq...

«AzPolitika.info»-nun Türkiyə KİV-nə istinadla verdiyi xəbərə görə, Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu ilə Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Mayk Pompeo arasında aparılan danışıqlar zamanı tərəflər Suriya kürdləri özünümüdafiə qüvvələrinin (YPG) Mənbic (Suriyanın şimalı) şəhərindən çıxarılmasının qrafikini razılaşdırıblar. Bu barədə Türkiyə Baş nazirinin müavini Bəkir Dozdağ bazar ertəsi bəyan edib.

«Bu gün Çavuşoğlu və Pompeonun Vaşinqtondakı görüşündə terrorçuların (YPG) Mənbic bölgəsindən çıxarılmasının «yol xəritəsi» razılaşdırılıb. Prosesin təqvimi, təhlükəsizliyin təminatı mexanizmi və qüvvələrin çıxarılmasının müddəti müəyyən olunub» - Bəkir Bozdağ Ankarada jurnalistlərə bildirib.

O, əlavə edib ki, Türkiyə ordusu istənilən an İraqın şimalındakı Kandilə girə bilər. Orada terrorçu Kürdüstan fəhlə partiyasının (PKK) düşərgələri yerləşir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar