"Trampın narahatlığını başa düşürəm və hazıram" - Putin

ABŞ prezidenti Donald Trampın yeni silahlanma yarışı ilə bağlı narahatlığını bölüşürəm.Axar.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin ORF televiziyasına müsahibəsində deyib.

Putinin sözlərinə görə, ABŞ prezidenti Donald Tramp sonuncu telefon danışıqlarından birində silahlanma yarışı ilə bağlı narahatlığını ifadə edib.

“Biz hadisələrin bu cür inkişafının təşəbbüskarı kimi çıxış etmirik. Bildiyiniz kimi, raket əleyhinə mübarizə sistemlərinin məhdudlaşdırılması ilə bağlı razılaşmanı biz tərk etməmişik. Silahlanma yarışının qarşısının alınması mövzusunda Trampla şəxsən işləməyə ümid edirəm”, - Putin bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar