Poroşenko səfərbərlik elan edir

Ukrayna prezidenti Pyotr Poroşenko Ali Radaya təsdiqlənməsi üçün qismən səfərbərlik haqqında fərmanı təqdim edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə prezidentin saytına dərc edilmiş məlumatda bildirilir.

Ukrayna mətbuatı xəbər verir ki, parlament bugünkü iclasında, birinci növbədə, Pyotr Poroşenkonun qismən səfərbərlik haqqında fərmanına baxacaq.

“Pyotr Poroşenko Ali Radaya “Qismən səfərbərlik haqqında” fərmanı təqdim edib. Sənədə əsasən, qismən səfərbərlik Ukraynanın şərq bölgələrində dinc əhalinin, hərbçilərin, hüquq-mühafizə orqanların əməkdaşlarının ölümü ilə nəticələnən terrorçuluğun təzahürlərinin yayılması ilə elan edilir”, deyə məlumatda bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar