“Rusiya hökuməti ABŞ-dakı seçkilərə müdaxilə etməyib” - Putin

Rusiya ABŞ-dakı seçkilərə müdaxilə etməyib və iş adamı Yevqeni Priqojinin fərdi fəaliyyəti ilə əlaqəsi yoxdur.

APA-nın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin Avstriyanın ORF telekanalına müsahibəsində bəyan edib.

“ABŞ-da cənab Soros var ki, bütün dünyada cürbəcür işlərə müdaxilə edir. Və mənə amerikalı dostlar deyirlər ki, bu ABŞ hökumətinin yox, Sorosun şəxsi işidir. Belədirsə, bizdə də bu cənab Priqojinin şəxsi işidir”, deyə V.Putin qeyd edib.

Yevqeni Priqojinin restoran biznesi ilə məşğul olduğunu vurğulayan V.Putin deyib: “Qərbdə KİV və siyasət nə qədər aşağı səviyyəyə düşməlidir ki, rusiyalı restoran sahibi ABŞ-da seçkilərə təsir göstərə bilsin?”.

Qeyd edək ki, fevralın 16-da ABŞ hökuməti 13 Rusiya vətəndaşı və 3 təşkilata qarşı 2016-cı ildə ABŞ-da keçirilmiş prezident seçkilərinə müdaxilədə cəhddə ittiham irəli sürüb. İttiham olanlar arasında iş adamı Yevqeni Priqojin və “İnternet araşdırmaları agentliyi”nin 12 əməkdaşı var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar