ƏJDƏR OLUN BACISI OĞLU DA İŞDƏN QOVULDU - Şöbə müdiri idi

ejder_olƏmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin sabiq Aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) yaxın qohumunu tutduğu vəzifədən azad edib. Bu barədə sfera.az məlumat verib.

Yeni nazirin əmri ilə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinin müdiri Nazim Hüseynovu fəaliyyətində yol verdiyi nöqsanlara görə işdən çıxarıb.

Qeyd edək ki, Nazim Hüseynov Əjdər Cəbiyevin bacısı oğludur.

635x100

Şərhlər

Roma 2021-02-06 15:19:32

Hacı adı ilə yazana:"Əydər Cəbiyev Xalqımızın Anası olan ANA Kürün şirin və müqəddəs suyu ilə bəhrələnib boya-başa çatıbdır. Onun hər hansı bir hərəkət və hərəkətsizliyində xalqımıza qarşı ziyanlı, səhv addım ola bilməz. Ona görə onu bir qayda olaraq qorumalıyıq. Allah Xalqımızın dəyərli övladlarının hamısını qorusun." Hörmətli Hacı, Azərbaycanın ən azı 50%-i sənin təbirincə Kürün şirin və müqəddəs suyunu içir, sən demişkən bəhrələnir. Əjdərin də fəaliyyəti 100% korrupsiya, rüşvət üzərində qurulmuşdu, bəlkə elə günahı Kürün suyunda axtaraq...mən o suya şəkk gətirmirəm, rüşvətə korrupsiyaya müqəddəs su neyləsin, güldən çiçəkdən arı da bəhrələnir, ilan da, birininki bal o birisininki zəhər olur...

Famil 2018-06-05 13:14:55

Ne deyishecekki?!! O gedecek, yerine dashqa bacioglunu qoyacaqlar.uzaqbashi kiminse kurekenini.

Haqq 2018-06-05 13:14:55

2013-cü ildə Əjdər Cəbiyev bir ay erzinde 1000 nefere yaxin insani işsiz qoydu zorla erizeleri alindi.Evezinde ise muqavile esasinda oz qohum eqrabasina vezife verdi.Guyaki kohne isciler cirklidi yenileri ise saf temiz.Amma melum oldu ki Ejderin yeni kadrlari esl professianaldirlar.Butun var dovleti ve etrafindakilarin da dovletden ogurladiqlari var dovletleri musadire olunmaqla omurluk hebs edilmelidirler.

qulu 2018-06-05 13:14:55

niyə bu "əjdahalar" həmişə yeyinti-içinti olan yerdə olur bunlar olmayandasa od püskürmür, mağara axtarırlar yediklərini sindirməyə?

Hacı 2018-06-05 13:14:55

Əydər Cəbiyev Xalqımızın Anası olan ANA Kürün şirin və müqəddəs suyu ilə bəhrələnib boya-başa çatıbdır. Onun hər hansı bir hərəkət və hərəkətsizliyində xalqımıza qarşı ziyanlı, səhv addım ola bilməz. Ona görə onu bir qayda olaraq qorumalıyıq. Allah Xalqımızın dəyərli övladlarının hamısını qorusun.

EWDER 2018-06-05 13:14:55

AZERBAYCAN CESASIZ QALAN EWDERLER COXDUUR. N I Y E

vətəndaş 2018-06-05 13:14:55

Əydər Cəbiyev həbs olunmalıdır.....................?

EWDER 2018-06-05 13:14:55

ESAS INKIWAFDU...

G.M 2018-06-05 13:14:55

Salxaq,matoru ``yağ yeyən`` maşının sürücüsünü dəyişməklə uzağı bir neçə km artıq yol getmək mümkündür..ta ki,maşını ya kapramonta göndərmək,ya da ki,təzələmək lazımdır.Hə tutaq ki,əsgi məmurları,təzə məmurlar əvəzlədi...oturub barmaqlarını sormayacaqlar ki.... ..

Şahin 2018-06-05 13:14:55

Bu qəqər saytlar yazdı,insanlar şərh yazdı, konkret faktlar göstərildi əjdər yenə azadlıqda öz villasında kef eyləyir.Bir təşkilatda bu qədər qohum əqraba saxta diplom və əmək kitabçası ilə işə götürülübsə bu elə cinayətdir.Dövlət qulluğu komissiyası da bu işləri araşdırmalıdir.Yüz manat alan və ya oğurlayanı tuturlar.Milyonlar yeyib sərbəst gəzirlər.Bu nə məntiqdir!

Son yazılar