Lerikdə meşə yanğınları davam edir - Havaya helikopter qaldırıldı

Lerik rayonunda meşə massivində baş verən yanğın davam edir. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Piran kəndində (rayon mərkəzindən 35 km aralı) dağlıq meşə ərazisində yanğının söndürülməsinə Nazirliyin Aviasiya Dəstəsindən 1 helikopteri cəlb olunub.

Yanğınsöndürmə işləri davam edir.

Qeyd edək ki, bir neçə gündür davam edən yanğın yerli meşə təsərrüfatına məxsus 2 hektaradək ərazini əhatə edib.

Yanğınsöndürən maşınların hadisə yerinə qalxması mümkünsüz olduğundan yanğının söndürülməsi işinə traktorlar və digər ağır texniki vasitələrlə yanaşı, yerli qurumların əməkdaşları və sakinlər cəlb olunublar.

Yanğının əhatə dairəsinin genişlənməməsi üçün iri çalalar qazılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova APA-ya bildirib ki, yanğın bələdiyyə ərazisində başlayıb, sonradan yüksək dağlıq meşə fondu torpağına keçib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar