"ONLAR AZƏRBAYCANIN DÜŞMƏNİ OLUBLAR" - Fazil Mustafadan həmkarının qalmaqallı açıqlamasına etiraz

"Sovet hökumətini Azərbaycan dövlətinin mənbəyi kimi göstərmək yanlışdır və yolverilməzdir”.

Bu sözləri BakuPost-a açıqlamasında millət vəkili Fazil Mustafa həmkarı Arif Rəhimzadənin qalmaqallı "Azərbaycan dövlətini sovet hökuməti qurub” fikrinə münasibət bildirərkən deyib. O bildirib ki, sovet hökuməti Azərbaycanın düşməni olub: "Azərbaycan dövlətini sovet hökuməti yox, Azərbaycan xalqı qurub. Sovet hökuməti Azərbaycanı işğal edib və Azərbaycan dövlətinin düşməni olub. Onlar müstəqil Azərbaycanın düşməni olub. Buna görə soveti bizim mənbəyimiz kimi göstərmək yanlışdır”.

Deputat 15 rayonunun kəndlərinin adlarının dəyişdirilməsini nəzərdə tutan layihə barədə də danışıb. Bildirib ki, sovet dövründə yaşamış müəyyən şəxsiyyətlər var ki, Azərbaycan xalqının inkişafında, təhsilində, mədəniyyətində böyük rol alıblar: "Rəşid Behbudov, Niyazi, Fikrət Əmirov, Üzeyir Hacıbəyov sovet dövründə yaşasa da, Azərbaycan mədəniyyətinə xidmət edib. Lakin kimlər ki, ermənilərlə əməkdaşlıq edib, Azərbaycan xalqının soyqırımında iştirak edib, Azərbaycan xalqına zərbə vurulması planlarının içində yer alıblar, o şəxslərin adlarının uca tutulması yolverilməzdir. Kimlər ki, sovet dövründə faydalı işlər görüblər, onlara kim nə deyə bilər? Biz həm də onların varisiyik. Onların da mirasından faydalınırıq”.

635x100

Şərhlər

sevda agakiwiyeva 2018-06-05 23:01:23

fexr ve qurur duyduugum millet vekilim!!!

bakili 2018-06-05 23:01:23

M.A.Sabire rehmet olsun,...

G.M 2018-06-05 23:01:23

Fazil bəy savadlı adamdır.Sələflərindən fərqli olaraq reallığı qəbul edən,imicini və əxlaqını qoruyan Deputatdır.Onu kimi adamlardan faydalanmaq olar.M.Qurbanlını bu Deputatla əvəzləsər həm Millət irəli düşər həm də İslam ``qazanar``.Prakrorluqda vəzifə alsa,həm Xalq irəli düşər,həm də Dövlət qazanar.

cavab 2018-06-05 23:01:23

Dövlətin siyahısı əsasın da deputat olanlar görəsən bu xalqın dostudur yoxsa düşməni.

Son yazılar