“Qarant Sığorta”nın xanım işçisini kimin öldürdüyü məlum oldu

Bakıda bir müddət əvvəl törədilmiş qətllə bağlı yeni faktlar məlum olub.

Qeyd edək ki, iyulun 11-də “Qarant Sığorta”nın əməkdaşı Natavan Əliyeva yaşadığı evində qətlə yetirilmişdi.

Hadisə yerinə baxış keçirən polis meyitin üzərində zorakılıq əlamətləri aşkarlamışdı.

Artıq qətli törədənin kimliyi məlum olub.

Bakı Şəhər Prokurorluğundan verilən məlumata görə, qatil evdə təmir işləri aparan usta imiş. O, qətli qarət məqsədi ilə həyata keçirib.

Məlumatda bildirilir ki, iyulun 11-də 1983-cü il təvəllüdlü Əliyeva Natəvan Telman qızının yaşadığı mənzildə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Həmin faktla bağlı Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, N. Əliyevanın yaşadığı mənzildə hadisədən əvvəl mebel quraşdırmış Quba rayon sakini, 1988-ci il təvəllüdlü Tahirov Tərlan Rahib oğlu tamah məqsədi ilə iyulun 10-da həmin mənzilə gəlib üstündə gəzdirdiyi bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürüb. Daha sonra o, mənzildə axtarış apararaq N. Əliyevaya aid qızıl-zinət əşyalarını götürüb hadisə yerindən qaçıb.

Cinayətin T. Tahirov tərəfindən törədilməsində şübhələnməyə kifayət qədər əsaslar olduğundan o, iyulun 22-də tutularaq istintaqa cəlb olunub. T. Tahirov dindirilərkən törətdiyi əməli etiraf edib.

Hazırda iş üzrə istintaq Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə) maddəsi ilə davam etdirilir.

Qeyd edək ki, qətlə yetirilən N. Əliyeva “Qarant Sığorta”nın əməkdaşıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar