RUS BAŞLI DEPUTATA CÜMHURİYYƏT ŞOKU – Rəhimzadə yenə nifrət püskürdü...

Bu günlərdə Cümhuriyyətin 100 illiyinə həsr olunan bir sənədli filmin təqdimatında çıxış edən Orxan Fikrətoğlu maraqlı fikir səsləndirdi. Dedi ki, Cümhuriyyətin banilərinin fotolarından göründüyü kimi, bu insanlarda sanki mələk siması var və mələklər kimi qısa müddətdə bu xalqın gələcəyi üçün tarixi addımlar atıb, qeyb oldular...

Ancaq Azərbaycanda başqa simalar da var. Elə simalar ki, onları mələyə bənzətmək üçün özün şeytan xislətində olmalısan...

Hərdən adama elə gəlir ki, bəzi deputatlarımız Rusiya Dumasında yer olmadığı üçün bizim parlamentə göndəriliblər. Onlar da hərdən reallıq hissini itirərək, özlərini Azərbaycanın yox, Rusiyanın parlamentində bilir və onun maraqlarını müdafiə edirlər.

Kimin necə seçdiyini bilmədiyimiz deputat Arif Rəhimzadə - bu adamın adı 1991-ci ildə müstəqilliyimizin əleyhinə səs verənlər sırasında ən başda durur. Adam az qala 30 ildir deputatdır - bilmək olmur xalq onun hansı xüsusiyyətinə heyran olub ki, gah bu, gah da başqa dairədən deputat seçir... O da hər imkan tapan kimi, gah türkçülüyə, gah Azərbaycanın milli-azadlıq hərəkatına, gah da başqa dəyərlərimizə qarşı açıq-aşkar nifrətini, ölkəmizin müstəqilliyinə, milli-mədəni dəyərlərinə və ən nəhayət, ərazilərimizə qənim kəsilən Rusiyaya və onun sələfi olan SSRİ-yə sonsuz sevgisini gizlədə bilmir. Bu nifrət silsiləsindən son açıqlama isə Cümhuriyyətin 100 illiyinin qeyd olunmasından dərhal sonraya təsadüf etdi.

Görünür, xalqımızın Cümhuriyyət qurucularına bu dərəcədə səmimi sevgisini və rəğbətini heç cür gözləmirdi. Və bu möhtəşəm sevgini heç cür həzm edə bilmir, Arif müəllim! Bunun nəticəsidir ki, müstəqil Azərbaycanın Mİlli Məclisində oturub, dövlət səviyyəsində Cümhuriyyətin 100 illiyinin qeyd edildiyi bir dönəmdə dövlətə, millətə və elə ölkənin hazırkı hökumətinə, rəhbərliyinə meydan oxuyur - “Azərbaycan dövlətini sovet hökuməti qurub…” - deyir. Soruşan da yoxdur ki, bəs 1918-ci ildə qurulan hansı dövlətdir və bu gün dövlət səviyyəsində hansı Cümhuriyyətin 100 illiyi qeyd olunur?

Axı bugünkü dövlətçiliyimizin bərpasında iştirak etmiş hər bir siyasi və ictimai xadim və nəhayət, Heydər Əliyev özü də bugünkü Azərbaycanın Sovet hökumətinin yox, Azərbaycan Cümhuriyyətinin varisi olduğunu dəfələrlə bəyan edib! Xalqın üzünə ağ olmağı anladıq, bəs sizin indiyə qədərki siyasi varlığınızın yeganə səbəbi olan indiki hökumətin üzünə qayıtmağa nə ad vermək olar?

Ümumiyyətlə, Soveti və onun ideologiyasını bütün varlığı ilə sevən və müdafiə edən birisinin bu xalqa canı-dildən xidmət etdiyinə inanmaq axmaqlıq deyilmi? Və nəhayət, nədən bu adam Rusiya deyil, Azərbaycan parlamentində oturur?...

Həmin son çıxışında bu deputat deyir ki, sovet dövründə kommunistlərin adları verilən yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi düzgün deyil. Ancaq onun çox sevdiyi ruslar demişkən, "поезд ушел!". İstəsəniz də, istəməsəniz də bu ölkənin tarixində 26 Bakı komissarı tipində bolşevik "qəhrəmanlar"ın izi-tozu da qalmayacaq, elə bugün onların Rusiyadakı tör-töküntülərinin qulluğunda duranların da...

Cəlal

AzPolitika.info

635x100

Şərhlər

moshuya 2018-06-06 08:30:11

Oz adinla,oz unvaninla yaz

AÇIQ AŞKAR XƏYANƏT: 2018-06-06 08:30:11

DIFFERENSIAL FƏRQLƏNDİRMƏ: AZƏRBAYCANLILARIN AZƏRBAYCANA XƏYANƏTİNİN Arif Rəhimzadə SERİYASI VƏ YA SSRİ-DƏN MİNİLLİKLƏRDƏN QABAQ mövcud olan ODLAR YURDU-ƏRLƏR YURDU Əd-Ər-Bay-Kanın-TARİXİ AZƏRBAYCANIN XƏYANƏTLƏ 5 YERƏ PARÇALANMASI.

Hafiz 2018-06-06 08:30:11

arif rəhimzadəni müdafiə edənlərə - bəsdir arif rəhimzadəni müdariə etməyiniz!!! Hər şey göz qabağındadır, arif rəhimzadə asanlıqla müstəqil Azərbaycan dövlətinin çörəyini yeməməlidir!!!.

AYZEK 2018-06-06 08:30:11

CÜMHURİYYƏTİMİZƏ NİFRƏT EDƏNLƏRİN ZATINI ARAŞDIRSAN YA ERMƏNİDƏN DÖNMƏ ÇIXACAQ YA DA YEZİDİ...

X 2018-06-06 08:30:11

BABAM SURA HOKUMETININ ELEHINE OLUB COX SEXAVETLI REHIMLI INSAN KIMI TANINIB ANCAQ BABAMA GORE BIZE TENE EDIRDILER AZ QALIRDIM GEDEM KISINI QEBIRDEN CIXARIB DEYEM KI ESI ISIN GUCUN YOXUDU BU GUN BIZ SENE GORE UTANIRIQ AMMA EVLADIMIN TEHSILINDE ONU TANIYAN BALA BABANIN COREYIN YEMISIK DEYIB KOMEK ETMISDI YAXSI QURLUS DEYILDI

Sus 2018-06-06 08:30:11

Burada şərh yazanlara.Bu yaxınlarda Jirnvskinin Züqanova cavabındaN-sİZ TƏRİFLƏDİYİNİZ lENİN bir söz bilirdi-rastrelyat.Məgər siz bu bəşəriyyət canisini yenə dəmi qaytarmaq istəyirsiniz.Mən Oqtay bəyin fikiri ilə 200% razıyam.Arif əkə də "çüdyo" çox güclüdür.O yaxşı bilir ki,onun bu fikri yuxarıların xoşuna gəlir.

Oğuz 2018-06-06 08:30:11

Gəray bəy düz deyirdi, komsomolun canı it canıdır.Maşkara kimi yapışıblar vəzifələrə sorurlar dövlətin qanını. Bu qocalar hələdə şimaldan sosialist küləyi gözləyirlər. Ax Elçibəy Allah sənə rəhmət eləsin, sən qoymadın bu millətə o rusun işğal dövlətnin əməllərini açıb tökməyə, Elə onda bu rusdan qalan KQB yuvasının böcəklərini millət ifşa etsəydi bu gün rahat nəfəs alardıq. kominist töküntüləri bilsin AXC 1920-ci 14 yanvarında dünya dövlətləri tanıyıb. sovetin qurduğu ermənistan respublikasıdır 1921 ci ildə özüdə Azərbaycanın tarixi ərazilərində. Ona kimi ararat resublikası idi erməni adını daşımırdı, əhalisinin 75 % türk idi.

Oqtay 2018-06-06 08:30:11

Hamı bilir ki bizdə deputatlar təyin olunur o cümlədən də A. Rəhimzadə və əgər təyin edənlər bunu təyin ediblərsə deməli beləsi lazımdır belə düşünənlər lazımdır .....

səlim 2018-06-06 08:30:11

-Kimin necə secildiyini bilmədiyimiz deputat Arif Rəhimzadəş Azərbaycanda deputatlar seçilmi təyin edilirlər,Cəlal bəy.

Abdulqədir 2018-06-06 08:30:11

Öncə Arif əkə Azərbaycanca səlist danışmağı öyrənsin, sonra gedib pensiyaçılar bağında ömrünü başa vursun.Ondan ağıllı,gənc, savadlı,bacarıqlı gənclərimiz mövcuddur.Onlara yer verin.Nə tutmusunuz kreslodan,qəbrə aparacaqsınız.Sizsiz də tarixi incəliyələr.yerinə qoyanlar tapılar.O ki, qaldı Rusiyadan şübhəli orden alanlara, onların da 70-dən artıq yaşları var.Ona görə gənclərimiz işsiz qalırlar.

Qulu 2018-06-06 08:30:11

Vacib əlavə: Bu gün Rusiyadan orden alan Arif deyil, Arifdən də böyük şəxslərdir. Heç səsləri də çixmır.

bakili 2018-06-06 08:30:11

SSRI-ni quran var ki bunlar el-ayaga dusublerrrrr...

bakili 2018-06-06 08:30:11

SSRI-ni quran var ki bunlar el-ayaga dusublerrrrr...

esger 2018-06-06 08:30:11

Indiki hormet etdiyimiz alimler Sovet dovrunde oz gucu ile bu zurvelere qalxib Indiki kimi pulnan yox Kendci fehle oxuyub nazire qeder yuksrelirdi Indi ise gohum egrebe etrafa yigilir Jurnalistin huneri ancaq kecmise das atmaqa catir ki ev versinler Bu gunku veziyyetden yazmaqa huneriniz catmaz

Realist 2018-06-06 08:30:11

Gəlin, hər şeyi öz adı ilə çağıraq və Arif kimilərə haqq qazandırmayaq.Bəli biz sovet dönəmində o vaxtın qapalı dünyagörüşünə görə Leninə əziz babamız demişik. Bu gün tarixi faktlar üzə çıxır və biz görürük ki, Lenin 30 milyon insanın məhvinə bais olub, nə qədər gunahsız azəri türkünün ölümündə günahkardır. Bunları bilə-bilə biz yenə də bu caniyə əziz babamız deyib, onun heykəllərini bərpa etməliyik mi. Arif və onun kimiləri Azərbaycanın müstəqilliyinin, türkçülüyün düşmənidir.

elcin -jurnalist 2018-06-06 08:30:11

arif rehimzade en temiz-saf deputatdir. Onu yaxindan taniyan dostum deyir ki deputatlara evler verilende o imtina edib ki menim evim var olmayanlara verin. Arif Rehimzade oz ovladlarini da vezifeye yerlesdirmeye calismayib. Bir sozle esl ziyali- deputat kimi hemise nefsi-gozu tox olub. o ki qaldi onun sovetleri teriflemesine- indi cox adam o dovrun nostalgiyasi ile yasayir. axi sovet dovru ele de pis olmayib. biz o dovrde yaxsi yasamisiq. amma bununla bele musteqilliyimizi qorumaliyiq-o bizim tariximizdi

t.ədalət 2018-06-06 08:30:11

.... adamlar olan yerdə uğurlar sönür.Nə qədər ki Arif Rəhimzadə Müstəqil Azərbaycanın büdcəsindən maaş alır,onun ərazisində yaşayır və deputatdır-- biz çətinliklər qarşısında qalacağıq. Müstəqilliyin düşmənlərilə Dağlıq Qarabağı işğal edən erməni-rus hərbiçiləri arasında bir fərq yoxdur.Bu adamın çıxışları göstərir ki,o da təhlükəlidir.Belələrinin Azərbaycan dövlətindən maaş və gələcəkdə pensiya alması,elə ruslara qayğı göstərmək deməkdir.

Moshu 2018-06-06 08:30:11

“Nə qədər ki Arif Rəhimzadə Müstəqil Azərbaycanın büdcəsindən maaş alır,onun ərazisində yaşayır və deputatdır-- biz çətinliklər qarşısında qalacağıq.”. Bu fikirlər t.ədalətə məxsusdur. Mən Arif Rəhimzadənin vəkili deyiləm, onun da mənim müdafiəmə heç ehtiyacı da yoxdur. Sadəcə olaraq, çətinliklər qarşısında qalacağıq deyəndə, “Müstəqilliyin düşmənlərilə Dağlıq Qarabağı işğal edən erməni-rus hərbiçiləri arasında bir fərq yoxdur.” deyəndə t.ədalət nəyi nəzərdə tutur? Orxan Fikrətoğlu ilə bağlı da qeyd etmişdim ki, yazmaq xatitrinə yazmayaq, söz demək xatirinə deməyək.....

Hafiz 2018-06-06 08:30:11

Kəndinizə(özünüzə) gəlin. ALLAH rəhmət eləsin Cümhuriyyət qurucularına. Hər zamandan dövlətin mənafeyi üçün, öz yaradıcılığınız üçün istifadə etmək lazımdır.Yaddan çıxmalı olanlar, bəli yaddan çıxacaqlar, yaxud pis mənada yadda qalacaqlar. Bir daha ALLAH onlara rəhmət eləsin.

EWDER 2018-06-06 08:30:11

esas inkiwafdu.azerbaycanda bele arifler coxdu,hamisida yeyib,sokurler,ammabiz inkiwaf edirik.W I R O K O W A Q AY E T A Z E B I J A N .SUREKLI ALQLWLAR

Ariz Abduləliyev 2018-06-06 08:30:11

Ardı: Sovet dövründə Xalq Cümhuriyyətindən,M.Ə.Rəsulzadədən niyə danışmırdıq, tədqiq etmirdik.Açığı, bunu bizə qadağan edən də yox idi.Amma SSRİ dağılan kimi, bolşevik mətbuatından, partiya tarixindən tələbələrə dərs verənlər, Leninin qəzet, milli inkişaf barədə dedikləriniyayanlar, dərsliklərdə, mühazirələrdə müsavatçıara qaragüruh deyənlər həmin idən "Cümhuriyyətçi" oldular. F.Qəzənfəroğlu Sov.İKP tarixindən əla qiymət alanda niyə Leninə,kommunistlərə düşmən demirdi? İndi hamı saxta təəssübkeş olub.

Ariz Abduləliyev 2018-06-06 08:30:11

Ardı: Ü.Hacıbəyli dəfələrlə yazıb ki, bir bəstəkar kimi arzularına məhz aprel inqilabından sonra çatıb. Dahi bəstəkarın söz həqiqətdir.Amma onu sovetləri tərifləməyə və Stalinə kantata həsr etməyə heç kim məcbur eləmirdi.Niyə də deməsin? Böyük Məmmədəmin bolşeviklərlə hakimiyyəti döyüşsüz təhvil verib, Azərbaycandan gedib, F.Qəzənfəroğlu demiş, "düşmən rus"un -siyasi düşmənnin başçısı Stalinə sığına bilərdi,Üzeyir bəy ona əsər həsr edə bilməzdi? Tarixdə xalqın inkişafını da etiraf etməyi bacarmalıyıq.

Ariz Abduləliyev 2018-06-06 08:30:11

Tarixi unutmaq da, silmək də olmaz. Tarixdə ən pis nümunəni belə, lazım gələrsə, nəsillərə tarix dərsi vermək üçün qorumaq lazımdır. A.Rəhimzadənin mövqey budur ki, sovet imperiyasındakı 70 illik tariximiz də xalqımızın tarixidir. Bu tarixdə Azərbaycanda kitablar yazılıb, elm, təhsil, səhiyyə inkişaf edir. Bu tarixdə Üzeyir Hacıbəyovun "Koroğlu" operası dünyanın ən aparıcı sənət məbədlərindən olan Böyük Teatrda tamaşaya qoyulub. Bu tarixdə baletlər,operalar, simfoniylara, şeirlər, romanlar yazılıb.

Oxucu 2018-06-06 08:30:11

Nə istəyirsiz bu Arif Rəhimzadədən!Əgər onun bu cür fikirləri ən üst səviyyədə alqışlanmasydı çoxdan cavabını verib oturtmuşdular yerində.Əksinə,onu bu cür fikirlər səsləndirdiyinə görə tənqid edənləri cəzalandırırlar.

R-n 2018-06-06 08:30:11

....,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

Ariz Abduləliyev 2018-06-06 08:30:11

Ardı: Belə məntiqsiz məntiqlərə görə orta əsrlərdəki sasani, ərəb, fars imperiyaları içində yaratdığımız tarix və mədəniyyətimizi, şəxsiyyətlərimizi də silməliyik? Orxan Fikrətoğlu nə danışdığının fərqindədirmi? Onun sözlərinə görə, SSRİ dövründə bu hakimiyyətə dəstək verən, onun deputatı olan, sovet hakimiyyətinə və Stalinə təriflər yağdıran, əsərlər yazan Ü.Hacıbəyli, Q.Qarayev,Müşfiq,Mikayıl Abdullayev,akademiklərimiz də şeytansifətdirlər? Özünüzə gəlin.Pis nümunələrə görə,bütün tarixi silməzlər.

Moshu 2018-06-06 08:30:11

ABŞ-da yaxşı Prezident də olub, pisi də, müsbət xarakterizə olunanı da var, yaddaşlarda mənfi keyfiyyətləri ilə iz qoyanları da. Lakin, onlar (prezidentlər) pensiyada olduqda belə onlara cənab Prezident deyə müraciət edirlər. Benito Mussolini tarixdə mənfi şəxsiyyət kimi xarakterizə olunur. Lakin İtalyanların yaddaşında o, diktator, idmançı və “xalqın atası” kimi özünə yer tapmışdır. Belə olmasa idi Mussolinin şərəfinə Romada 300 ton ağırlığında, 17,4 metr hündürlüyündə abidə ucaltmazdılar. Məs., Orxan Fikrətoğlu Xanlar Səfərəliyevi Arif Rəhimzadənin dili ilə misal gətirir. Əgər bütün inqilabçılar pisdirlərsə niyə Nəriman Nərimanova abidə ucaldırıq, Bakının böyük ərazisi olan rayonlarının biri onun adınadır? O da qatı inqilabçı idi. Mən isə başqa bir inqilabçını – Gədəbəydə Rüstəm Əliyevi misal gətirmək istərdim. Rüstəm Əliyev qatı inqilabçı olmuşdur. Bu yaxınlara kimi onun adına kənd də mövcud idi. Bildiyimə, ağsaqqalların danışdığına görə Sovetlərə xidmət etməsinə baxmayaraq Gəncəbasar zonasında Qaçaq Məcid (Məcid ağa Şəkibəyov) kimi tanınan Sovetlərə qənim kəsilən Qaçağa mübarizə aparmaq üçün kifayət qədər silah-sursat vermişdir, başqa dəstəyini göstərmişdir. Allah bütün ölənlərə rəhmət eləsin, qəbirləri nurla dolsun. Heç kimin heysiyyatına toxunmaq istəmirəm. Bizim böyük əksəriyyətimiz Sovetlər dönəminin məhsullarıyıq. Həmin dövr məktəbə getmişik, ali təhsilimizi almışıq, işlə təmin olmuşuq, təhsilimiz, müalicəmizi pulsuz almışıq və s. və i.a. Orxan Fikrətoğlunun rəhmətlik atası Sadıqov Fikrət Abbas oğlu da - şair, publisist, ssenari müəllifi, kino redaktoru, 1963-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi, Azərbaycan Dövlət mükafatı laureatı Sovet dönəminin məhsulu olub. Elə Orxan Fikrətoğlu da həmin quruluşun məhsulu olmuşdur. Orxan bəy bəlkə yeməyini, içməyini, geyməyini Fikrət müəllimin maaşı hesabına ödəmirdi? Bəlkə Orxan heç Moskva M. Qorki ədəbiyyat institutunu bitirməyib? Bu quruluş pis idisə niyə təhsilini İranda deyil, Moskvada alırdı? Yaxşı idi, pis idi – bu bizim tariximiz idi. Fikrim ondan ibarətdir ki, Orxan bəy, gəlin söz xatirinə söz deməyək. Sizin Arif Rəhimzadə olmağınıza, onun səviyyəsinə çatmağınıza əsrlər lazımdır. İnanmıram ki, Arif müəllim Cümhuriyyətlə bağlı fikirlərini Orxan bəy səsləndirdiyi kimi səsləndirib. Arif müəllim ən azından deyə bilər ki, SSRİ vaxtı hər şey elə də pis olmayıb, lakin qəbul olunmayan tərəfləri də olub. Bir sözlə, Arif Rəhimzadənin dediyi fikirləri onun çıxış etdiyi kimi təqdim etmək lazımdır. Arif Rəhimzadə mənim nə qohumumdur, nə də yerlim. Tam məsuliyyətimlə deyə bilərəm ki, Arif müəllim gözəl insan, qayğıkeş ata, ictimai xadim, Milli Məclisin sayılıb-seçilən deputatlarındandır. Bundan sonra ona nə vəzifə, nə də şan-şöhrət lazımdır. Vaxtaşırı ona qarşı təşkil olunan çıxışlara son qoyulmalı, ən azından bu insanın heysiyyatı ilə oynanılmamalıdır. Gəlin özümüzə, tariximizə hörmətlə yanaşaq.

Son yazılar