Ter-Petrosyan “Azərbaycanyönümlü” olmaqda ittiham edildi

“Onların bilmədiyi heç bir şey yoxdur”.

İqtidar Ermənistan Respublika Partiyası (ERP), Parlament fraksiyasının rəhbəri Vaqram Baqdasaryan bəyan edib ki, Ermənistan Respublikasının birinci prezidenti, “Erməni Milli Konqresi” (EMK) müxalifət partiyasının lideri Levon Ter-Petrosyanın sonuncu müsahibəsi “tamamilə Azərbaycanyönümlü” və təzadlarla doludur.

Bu barədə deputat Panorama.am-a müsahibədə bildirib.

V.Baqdasaryanın sözlərinə görə, sabiq prezidentin müxalifətin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi barədə informasiyaya sahib olmaması barədə bəyanatı şübhə doğurur. Parlamentari hesab edir ki, müxalifət üçün belə bəyanat sərfəlidir.

“Onların bilmədiyi heç bir şey yoxdur. Biz qeyd edirik ki, hər şey normal şəkildə gedir, tələsmək lazım deyil. Tezliklə, müvafiq görüşlər keçirildikdə və bəyanatlar səsləndikdə onların bütün şübhələri dağılacaq”, - deyərək, V.Baqdasaryan bütün müxalifət qüvvələrini “artıq bəyanatlar etməməyə” səsləyib.

ERP fraksiyasının sabiq prezidenti kobud qiymətləndirməyə görə tənqid edərək bunun düşmən üçün ismarış ola biləcəyini söyləyib. /oxu.az

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar