Elmar Məmmədyarov təyyarə qəzası ilə bağlı bəyanat verdi

Elmar M“Baş verənlərdən şoka düşdüm”

Avropa Şurası (AŞ) Nazirlər Komitəsinin sədri Elmar Məmmədyarov Malayziyaya məxsus sərnişin təyyarəsinin Ukraynada qəzaya uğraması ilə bağlı bəyanat verib.

APA-nın Avropa Şurasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, E.Məmmədyarov baş vermiş hadisədən şoka düşdüyünü bildirib.

Qəza nəticəsində ölən şəxslərin ailələrinə başsağlığı verən AŞ Nazirlər Komitəsinin sədri cəsədlərin təhvil verilməsi ilə məşğul olan şəxsləri prosesin sürətləndirilməsi üçün səylər göstəməyi çağırıb.

“Mən bu faciənin hərtərəfli, müstəqil və şəffaf araşdırılması ilə bağlı müraciətlərə qoşuluram”, - deyə bəyanatda vurğulanıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar