PREZİDENT BİR RAYONA İCRA BAŞÇISI TƏYİN ETDİ, BİRİNİ ÇIXARDI - Sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının təyin edilməsi barədə sərəncam imzalayıb. Sənəddə deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin 2-ci hissəsini rəhbər tutaraq qərara alıram:

Elxan Şamil oğlu Allahverdiyev Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin”.

“Qafqazinfo” nun əldə etdiyi məlumata görə, E. Allahverdiyevin uzun müddət bank sektorunda çalışdığı bildirilir.  O, həmçinin Kapital Bankın İdarə Heyətinin  sədri Rövşən Allahverdiyevin qardaşıdır.

Xatırladaq ki, Binəqədi Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Xaləddin İsgəndərov ötən həftə işdən çıxarılıb

Prezidentin bu gün imzaladığı digər sərəncamla Raqub Məmmədov Ağdam rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Onun yerinə hələlik təyinat yoxdur.

635x100

Şərhlər

Cabbar 2018-06-06 16:02:17

Qohumlar nə vaxt qurtaracaq ki, normal insanlara da işləməyə yer olsun.Hara baxırsan bir ailədə 9 adam varsa.hamısı vəzifəyə təyin edilir.Ölkədə kadr belə seçilib yerləşdirilir.Sabah da tərpədəndə yeyintiləri mlyardlarla ölçülür.Bu Azərbaycnın gerçəkliyidir.Misal İstənilən qədər YAP üzvü olub işdən ayrılanlar və hələ də işləyənlr tərpədilsə eyni olacaq.

şəki 2018-06-06 16:02:17

Cənab Prezident, Şəkiyə neçə illərdir ki, icra başçısı təyin olunmur ? Şəki də kök salmış mafiyanı təmizləmək üçün savadlı bir icra başçısı təyin etməyinizi xahiş edirik..............?

Cəmşid İrzaquliyev 2018-06-06 16:02:17

Cənab Prezident Vəzifədən azad edilib bütün əməlləri təftiş edilməli olan Başçılardan biri də Pirallahı rayon İH Başçısı Vasif İmanovdur. Rayondakı özbaşınalıqları bir yana o 02.09.2016-ci il tarixdə tabeliyində olan məmurların- Manafov Manaf və Niftəliyev Həsənin iştirakı ilə baş vermiş ölüm hadisəsində onların etdikləri mənəviyyatsızlıqdan dolayı hayla onları vəzifələrində saxlayır Bu barədə son iki ildə Prezident aparatına minlərlə şikayət edilməsinə və Sizin məmur və məmur evladları haqqında söylədiyiniz fikirlərə sayqısızlıq edir. Vasif kimi başçılar yerlərdə Sizin görüyünüz bunca işlərə kölgə salır. İnanırıq ki, bu sayaq məmurlarla vidalaşmanın zaman gəlib və hətta keçib..

sual 2018-06-06 16:02:17

gedebey rayon ihb namized artiq cavid qurbanovun elində. nədən rayon maliyye sobesinin mudiri namiq məmmıdivu secib cavid qurbanob. bəlkə hələ xalq cəhbəsinin vaxtinda rayon bankinin mudiri olan namiq məmmədov bankin pullarini hazirda həbsdə olan saleh rustəmovla bolusdiyundən?

EWDER 2018-06-06 16:02:17

GOZLEYIN,ESAS INKIWAFDU.

janna 2018-06-06 16:02:17

kapital bankin sedrinin qardaşı, ne bilim flan nazirin bacoglusu, flankesin qayni...........siz buna islahat deyirsiniz? bu memleketde deyesen savadi olan temiz adamlara yer helelik yoxdur

elcin 2018-06-06 16:02:17

aqdamlilarin basci saridan hemise bexti getirmeyib. insallah bu defe daha leyaqetli bir sexs teyin olunar. Allah prezidentimize cansaqliqi versin -inayiram ki bu defe ela olacaqdir.aqdamda bir basci var idi- o da hesen sariyev

Son yazılar