GENERALIN QARDAŞI SAXLANILDI - Göyçayda körpünün uçmasına görə

İyunun 2-də güclü sel nəticəsində Göyçay çayı üzərində avtomobil körpüsünün uçması ilə bağlı cinayət işi başlanıb.

APA-nın xəbərinə görə, faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2.1-ci (külli miqdarda ziyan vurmaqla sahibkarlıqla məşğul olma), 255-ci (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) maddələri ilə Nazim Səfər oğlu Qasımova və Nəciməddin Mikayıl oğlu Əliyevə ittiham elan edilib.

Cinayət işinin başlanmasına əsas səbəb Göyçay rayon İcra Hakimiyyəti başçısının 14 may 2014-cü il tarixli, 38 saylı sərəncamı ilə “Göyçay” qum-çınqıl yatağında fəaliyyət göstərən fiziki və hüquqi şəxslərə torpaq sahələrinin ayrılması barədə sərəncamlar və müvafiq torpaq icarə müqavilələrinin ləğv edilməsinə baxmayaraq, müqavilələri ləğv edilmiş karxanaların gizli yolla çay məcrasından material götürüb, qeyri-qanuni fəaliyyət göstərdikləri, o cümlədən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 217-ci kilometrliyində çayın üzərində yerləşən körpü keçidinin dayaq və bünövrə konstruksiyalarına, çayın şimal hissəsində əkin sahələrinin suvarma suya ilə təmin etmək məqsədilə inşa edilmiş baş su götürücü və onun müdafiəsini təmin edən qurğularının dayanıqlığına ziyan vurmaları barədə materiallar olub.

Müəyyən edilib ki, “Göyçay” qum-çınqıl yatağında istismar dövründə qanunsuz istifadə etməklə qum-çınqıl qarışığına görə əvvəllər fəaliyyət göstərmiş “Real İnşaat” MMC tərəfindən 191 440 manat, “Elnicat” MMC tərəfindən 356 400 manat, “Azpod” MMC tərəfindən 950 400 manat, “Attinak” MMC tərəfindən 1 372 800 manat, “ATF” MMC tərəfindən 316 800 manat, “Azəraqrartikinti” ASC-nin Göyçay filialı tərəfindən 495 000 manat, “Bayburt Qrup” Anonim şirkəti tərəfindən 314 160 manat, fiziki şəxslər Şahid İsmayıl oğlu İsmayılov tərəfindən 184 800 manat və Tahir Səlim oğlu Əliyev tərəfindən 110 880 manat təbiətə ziyan vurulub.

Qeyd edək ki, iyunun 2-də Bakı-Şamaxı-Yevlax magistral yolunun Göyçay çayı üzərindəki körpü güclü selin təsirinə dözməyərək uçub. Güclü sel saat 21.00 radələrində ölkə əhəmiyyətli təxminən 40 metr uzunluğu olan körpünü tamamilə uçurub.

Bundan əvvəl avtomobil körpüsünün yanındakı piyada körpüsünü sel aparıb.

Qeyd edək ki, ATF şirkəti Ziya Məmmədova bağlı olan iş adamı Azad Muradova məxsusdur. Mətbuata körpünün uçmasının əsas baiskarı kimi də məhz ATF şirkətinin  çayın məcrasında kor-təbii şəkildə çınqıl-beton zavodları inşa etməsi göstərilir.

Nəciməddin Əliyevin kimliyi ilə bağlı Unikal.org saytı məlumat yayıb. Sayt onun DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin sabiq rəisi, polis generalı Ərziman Əliyevin qardaşı olduğunu yazıb.

635x100

Şərhlər

AYZEK 2018-06-07 00:05:24

ELXAN SÜLEYMANOVU ƏVVƏL AŞPA QARALAMIŞDI İNDİ DƏ PROKRATURA.

əli 2018-06-07 00:05:24

Sel gəlib körpünü aparmasa idi hamı öz işində idi .Savadsızlıqdandır .Ucmamışdan görmürdünüz.Gərək gözləyək uçsun ,dağılsın sonra cinayət işi açılsın?

Aydın 2018-06-07 00:05:24

Maşaalah bizdə general tyağışdan sonra köbələk kimidir.Vergi- general,gömrük- general.təbiəti mühafizə-general.polis-general. .... Axı generala qədər nə qədər çin var.Onlar həmin yolu keçiblərmi? Keçiblərsə harada ,necə? Axı bu ad artıq.layiq olunmadıqları maaş,pensiya və digər güzəştlərdir. Bu ölkəyə zərər deyilmi? Hələ bir addan istifadə edib qohum-qardaşlarını da vəzifələrə dürtüşdürürlər.

Vətəndaş 2018-06-07 00:05:24

Ölkə belə bərbad edilir.Axı bu qum,çınqıl bir saat ərzibndə çıxarılmayıb.Bu illərdir hamının,o cümlədən təbiəti mühafizə,polis,prokurorluq,icra hakimiyyətinin gözü qarşısında baş verib.Sual olunur: Niyə bu orqanlar vəzifələrində səhlənkarlığa,korluğa,görməməzliyə yol veriblər? Belə hal təkcə Göyçaydamı var?Ölkənin nəzarət orqanlarının belə səhlənkarlığının səbəbi nədir? İşi bilməməzlik,qohumlara dəyməmək,rüşvət,sadəcə səhlənkarlıq,yoxsa yuxarıdan göstəriş?

EWDER 2018-06-07 00:05:24

esas inkiwafdu.sokun getsin.

X 2018-06-07 00:05:24

ALLAH ISE BAX MUTLEQ BUTUN MUQESSIRLER EMLAKI MUSADIRE OLUNMAQLA EN AZI 15 IL YATACAQLAR YAZIQLAR

Abit 2018-06-07 00:05:24

Ağzında sel deyirsen o binava neynesin,damarsa artıq qan var

keçici qırmızı bayraqlar 2018-06-07 00:05:24

Qarı tuman bağı məsələsidir bu dəqiqə Sizin ki. Əvvəl görmürdünüz bəyəm çayın yatağı nə qədər dərinə düşüb. Şimal zonasında Rusiya sərhəddinə gedən yoldakı bütün çayların üstündəki körpüləri Ziya dəyişdirdi çünki, oralarda da çayların yatağı 5-10 metr aşğı salınıbdır. Allah gözünüzü dodursun!!

Son yazılar