Ombudsman Aparatı Emin Aslanovla bağlı məlumat yayıb

İyunun 4-də internet səhifələrində və sosial şəbəkələrdə vətəndaş Emin Aslanovun həmin gün günorta saatlarında Dənizkənarı Milli Parkda mülki geyimli şəxslər tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılması və polis orqanları tərəfindən saxlanılması haqqında məlumatlar yayılıb.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya bildirilib ki, Ombudsmanın “qaynar xətti”nə E. Aslanovun yaxınları və KİV tərəfindən eyni məzmunlu müraciətlər daxil olub və köməklik göstərilməsi xahiş edilib.

Məsələ ilə bağlı Ombudsman Elmira Süleymanova tərəfindən dərhal daxili işlər nazirinə həmin şəxsin yerinin müəyyən edilməsi və hüquqlarının təmin olunması ilə bağlı müraciət edilib.

Araşdırma nəticəsində, E. Aslanovun inzibati qaydada həbs olunaraq Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlama məntəqəsində saxlanıldığı müəyyən edilib.

Məsələ ilə bağlı araşdırma davam etdirilir.

635x100

Şərhlər

hellas 2018-06-06 17:32:33

Elmira xanım niyə özünə əziyyət verir ki, Azərbaycan da itənlərin yeri bəllidir də onsuz, ələlxüsus da Amerikada təhsil alıb gələn ola!! P.S. Bu da Qarabağ məsələsi deyil ki, həll etməsinlər. ...

EWDER 2018-06-06 17:32:33

INDI USTUNDEN 5 KILO KAKAIN CICACAQ,MEHV ELEYIN GETSIN.ESAS INKIWAFDU

EWDER 2018-06-06 17:32:33

INDI USTUNDEN 5 KILO KAKAIN CICACAQ,MEHV ELEYIN GETSIN.ESAS INKIWAFDU

Son yazılar