Maştağa-Nardaran avtomobil yolunun yenidən qurulmasına 9,5 milyon manat ayrılıb

Prezident İlham Əliyev Sabunçu rayonunun Maştağa-Nardaran avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

"Report"un məlumatına görə, altmış üç min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Maştağa-Nardaran avtomobil yolunun yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 9,5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

635x100

Şərhlər

aysberq 2018-06-06 18:16:40

Bu pulların başına daş salmaq üçün nə Ziyanın yeri görünür (O birisilər Ziyadan dala qalan deyil). P.S. Cavid Qurbanova deyin ki, birdən çaşıb qəsəbə içi yolları da təmir edər, belə şey etməsin. Qəsəbə içərisi yolları gəlib Lenin təmir edəcəkdir.

Son yazılar