"Azərbaycan Prezidenti İlham Əliyevə minnətdaram" - David Lappartyen

"Prezident İlham Əliyevlə görüşmək mənim üçün çox böyük şərəfdir. Ölkənizdə idmanın bütün növləri kimi, velosiped idmanının da inkişafına göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdaram".

"Report" xəbər verir ki, bu sözləri BMX üzrə dünya çempionatı ilə əlaqədar Bakıda olan Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) prezidenti David Lappartyen jurnalistlərə müsahibəsində deyib.

Ölkəmizə səfərə gələrkən ilk növbədə dünya çempionatının keçirildiyi Bakı Veloparkına baş çəkdiyini vurğulayan David Lappartyen bildirib: "Nəinki Veloparkın ərazisi, ümumiyyətlə burada yaradılmış yüksək şərait, xoş atmosfer məndə çox böyük təəssürat oyatdı. Mən 2015-ci ildə ilk Avropa Oyunları zamanı burada olmuşam. O vaxtdan bu günədək trek yenidən qurulub, səviyyəsi artırılıb. Bu, bizi çox sevindirir.

Bu il BMX üzrə dünya çempionatında 43 ölkədən 1500-dən çox idmançının iştirak etməsi bu idman tədbirinin uğurunun göstəricisidir. Biz dünya çempionatının yüksək səviyyədə təşkil olunduğunu müşahidə etdik. Məşqçilər, idmançılar və onların valideynləri ilə söhbətlərimizdə çempionatın yüksək səviyyədə təşkil edildiyi bildirildi".

Beynəlxalq Velosipedçilər İttifaqının prezidenti kimi 2017-ci ilin sentyabrında fəaliyyətə başladığını vurğulayan David Lappartyen daha sonra əlavə edib: "UCI-nin prezidenti seçildikdən sonra bir sıra mühüm tədbirlər həyata keçirmişik. İlk növbədə, milli federasiyalara dəstək göstərməyə çalışırıq. Əsas məqsədimiz bütün ölkələrdə velosiped idmanının inkişafına nail olmaqdır. Buna görə bütün ölkələri bu prosesə cəlb edəcəyik. Biz dopinqə və digər mənfi hallara qarşı amansız mübarizə aparmaqda davam edəcəyik. Əsas məqsədlərimizdən biri də velosiped idmanını əsrin idman növünə çevirməkdir".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar