Menu

Ramazanın 22-ci gününün duası - İmsak və iftar vaxtı

06.06.2018, 22:13
Ramazanın 22-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 22-ci günüdür.

"AzPolitika"nın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, iyunun 7-də Bakıda imsak saat 03:20, iftar isə saat 20:25-dədir.

Ramazan ayının 22-ci gününün duası:

"Allahumməftəh li fihi əbvabə fəzlik. Və ənzil əleyyə fihi bərəkatik. Və vəffiqni fihi limucibati mərzatik. Və əskinni fihi buhbuhati cənnatik. Ya mücibə də-vətil-muztərrin".

Tərcüməsi:

"İlahi, bu ayda fəzilət qapılarını üzümə aç, mənə Öz bərəkətlərini nazil et, məni bu ayda Sənin razılığına səbəb olacaq işlərə müvəffəq et, Öz cənnətlərinin ən gözəl guşələrində sakin et, ey ehtiyac içində olanların dualarını müstəcab edən Allah!"

Allah orucunuzu qəbul etsin!

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol