Dieqo Maradona xəstəxanaya yerləşdirilib

 

Argentina millisinin sabiq futbolçusu və baş məşqçisi Dieqo Maradona Kolumbiyanın Kali şəhərində xəstəxanaya yerləşdirilib.

"Report"un "The Sun" nəşrinə istinadla verdiyi məlumata görə, o, dizindən əməliyyat oluna bilər.

Nəşrdə bildirilir ki, D.Maradona artıq bir neçə aydır ki, sol dizində ağrılar hiss edir. Maradonanın 6-8 gün xəstəxanada qalacağı ehtimal olunur.

Qeyd edək ki, D.-Maradona Belarusun "Dinamo" (Brest) klubunun idarə heyətinin sədridir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar