Rüstəm İbrahimbəyov kassasiya şikayəti verir

Demokratik Qüvvələrin Milli Şurasının sədri Rüstəm İbrahimbəyov apellyasiya şikayətinin təmin olunmamasından kassasiya şikayəti verəcək. “Media forum”a danışan vəkil Fuad Ağayev belə deyib. Avqustun 30-da Bakı Apellyasiya Məhkəməsi Rüstəm İbrahimbəyovun Mərkəzi Seçki Komissiyasının qərarından şikayətinə baxıb. Şikayət təmin olunmayıb. Mərkəzi Seçki Komissiyası avqustun 27-də Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyini təsdiqləməyib. Onun Rusiya vətəndaşı olduğu, son 10 ildə Azərbaycanda 3 ildən bir az çox yaşadığı əsas gətirilib. Rüstəm İbrahimbəyov MSK-nın qərarının qanunsuz sayılmasını istəyir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar