Erməni mer Kəlbəcərdə minaya düşdü - 1 nəfər öldü, 3 nəfər yaralandı

Kəlbəcər rayonunun şimal hissəsində “Vilis” markalı avtomobil minaya düşüb. Modern.az saytı Ermənistan mətbuatına istinadən xəbər verir ki, ilkin məlumata görə bir nəfər ölüb, üç nəfər yaralanıb. Yaralananlar arasında Ermənistanın Armavir şəhərinin meri Ruben Xlqatyan da var. Onu və digər yaralıları helikopterlə Yerevandakı “Erebuni” tibb mərkəzinə aparıblar. Ölən Aram adlı şəxsin Xlqatyanın sürücüsü olduğu bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar