NAZİR POLİS RƏİSİ BARƏDƏ ARAŞDIRMA BAŞLATDI - Müğənni Kərimin videosu ilə bağlı + VİDEO

Müğənni Kərim Abbasovun polis bölməsində onun barəsində nalayiq fikir bildirən sosial şəbəkə istifadəçilərini üzr istətdirməsi və bu görüntüləri əks etdirən videonu yayması ilə bağlı araşdırmalara başlanılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, daxili işlər naziri Ramil Usubovun göstərişi ilə Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Bölməsində araşdırmalara başlanılıb. Belə ki, bölmə rəisi Etibar Balakişiyev və kadrlarda görünən sahə müvəkkili Oruc Mirzəyev barəsində xidməti araşdırmanın aparılmasına qərar verilib. Araşdırmanın nəticəsindən asılı olaraq hər iki polis zabiti barəsində tədbir görüləcək.

Qeyd edək ki, daxili işlər naziri Ramil Usubovun imzaladığı müvafiq əmrlə polis idarəsi, bölməsi və digər strukturlara daxil olan qapalı yerlərə-otaqlara kamera ilə giriş qadağandır. Bundan başqa Cinayət Prosessual Məcəlləsində üzr istəmə və üzr istətmə hərəkətləri polisin deyil, məhkəmənin səlahiyyəti kimi təsbit edilib.

"AzPolitika.info" xatırladır ki, müğənni Kərim Abbasov "İnstaqram"da onu təhqir edən iki şəxsin polis idarəsində çəkilən videosunu yayıb. Videoda bölmə rəisinin otağında Vasif adlı sosial şəbəkə istifadəçisinin və onun dostunun Kərimdən üzr istədildiyi nümayiş olunur.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib ki, yayılan video ilə bağlı araşdırma aparılır: "Artıq bu video ilə bağlı araşdırmalar aparılır. Yekun nəticə barədə məlumat veriləcək".

Videoda Vasif adlı şəxs: "Mənim telefonumdan başqası ona nalayiq sözlər yazıb. Həmin sözləri mən yazmamışam. Kərimdən və ailəsindən üzr istəyirəm",-deyib.

Digər şəxs isə içkili olduğunu, bu səbəbdən müğənnini təhqir etdiyini bildirib.

Kərim Abbasov isə videoda bunları deyib: "Bundan sonra təhqir edənlərin aqibətibundan da pis olacaq..."

Sosial şəbəkə istifadəçiləri isə müğənninin üzr istəyən şəxslərin videosunu açıq-aşkar yaymasını təhqir və başqa bir şəxsi alçaltmaq kimi qiymətləndiriblər.

635x100

Şərhlər

Sirlər Dünyası 2018-06-07 10:19:59

Vidoya baxdım və kərimin özünü aparmasına əsəbləşdim. San ki, polis bölmə rəisinin xidməti iş otağında günəş çıxıbmış kimi kərimin gözündə günəşdən qorunmaq eynəyi, san ki, polis bölməi onun filialı imiş kimi rəisin otağında qıçın qıçının üstünə aşırıb özündən razı halda insanları polisə gətizdirib qarşısında sındırıb üzr istədir və telefona çəkdirib nümayiş etdirir, rəis də öz növbəsində itaətkarcasına onun qulluğunda dayanıb və s. Belə hala yol vermək olmaz. Fikrimizcə bunlar ondan irəli gəlir ki, belə lazımsız oxuyanları yüksək məbləğdə pul verib toylarımızda oxutmağımızdır, onları səhərdən axşama kimi televiziya kanallarında nümayiş etdirməyimizdir. Fikir verəndə görürsən ki, tv.kanallarda ancaq danışıqlarını bilməyən abır-həyalarına səd qoymayan müğənnilər oxudulur və boş-boş mənasız seriallar göstərilir və s. Kərim hansı xidmət sahibidir ki, polis bölməsində özünü belə yekə nümayiş etdirsin, buna bölmə rəisi niyə şərait yaradır, axtaranda Kərimin Vətən qarşısında da heç bir xidməti olmamışdır. Belə olmaz axı...

Son yazılar