GENERALIN QARDAŞI İŞDƏN ÇIXARILDI – “Zəhər Mamed” Tovuza başçı təyin olundu!

Dərc olunub: 07/06/2018 - 15:52

ilhameliyevserencam1506434061Tovuz rayonuna yeni icra başçısı təyin edilib. “Report”un məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla Məmməd Cahangir oğlu Məmmədov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. M.Məmmədov “Aqrokimya” MMC-nin rəhbəri olub. O, uzun müddət bitkiçiliklə və onların mühafizəsi ilə məşğul olub.

Məmməd Məmmədov Tovuz rayonunun Dönük Qırıqlı kəndində anadan olub. Onun böyük qardaşı Cahan Məmmədov Meliorasiya və Su Təsərrüfatı ASC-nin Aparat rəhbəridir.

Bakupost  xəbər verir ki, yeni icra başçısı  Kənd Təsərrüfatı Nazirliyində çalışıb. Uzun müddət bitçilik sahəsi, xüsusən bu sahəyə aid dərmanların hazırlanması üzrə işlədiyindən “Zəhər Mamed” ləqəbi ilə tanınıb.

Dövlət başçısının digər sərəncamı ilə Tofiq Məhəmmədəli oğlu Zeynalov Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

“AzPolitika” xatırladır ki, Tofiq Zeynalov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun qardaşıdır. 75 yaşlı Zeynalov 2007-ci ildən Tovuz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini tuturdu. 

Tofiq Zeynalov istefaya göndərilməsini musavat.com-a şərh edərkən deyib ki, sərəncam haqda ona təzəliklə məlumat veriblər: “Nahar fasiləsindən qayıtdıqdan sonra eşitdim ki, vəzifədən azad edilmişəm. Allah cənab prezidentdən razı olsun. Şübhəsiz ki, islahatlar davam etdirilməlidir. Yeni kadrlar gəlməlidir. Bizə tapşırılan bu vəzifəni yerinə yetirdik, bizdən sonra gələnlər də, inanıram, yüksək səviyyədə işlərinin öhdəsindən gələcəklər”.
242440_src








loading...


Fikrinizi bildirin