Bakıda Qarabağ müharibəsi veteranı özünü yandırdı

Bakıda Qarabağ müharibəsi veteranı özünü yandırdı.

Bu barədə Vesti.Az-a Xəzər rayonu Prokurorluğundan xəbər veriblər.

Əldə olunmuş məlumata görə, intihar hadisəsi iyulun 20-də Buzovna qəsəbəsində, 24 nömrəli Telman küçəsində baş verib.

Paytaxt sakini, 1971-ci il təvəllüdlü Nuriyev Coşqun Eyvaz oğlu qohumlarının qarşısında üzərinə benzin tökərək özünü yandırıb.

Qohumları alovu söndürsələr də, Nuriyevin həyatını xilas etmək mümkün olmayıb. O, aldığı yanıq xəsarətlərindən 8 saat sonra dünyasını dəyişib.

“İlkin araşdırma zamanı məlum olub ki, Nuriyev subay imiş, heç yerdə işləməyib və qohumlarının evində qalırmış. O özünü elə həmin evin önündə yandırıb. Nuriyev Qarabağ müharibəsində iştirak edib və güman olunur ki, müharibə kişini psixoloji vəziyyətində dərin iz buraxıb”, - deyə, prokurorluqdan bildiriblər.

Faktla bağlı araşdırma davam edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar